Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hər ay nə qədər kasıblayırıq? - RƏQƏMLƏR

Tarix 22.05.21, 16:37

Font ölçüsü : - / +
bitmap-img6


"Qiymətlərin, hətta 1 faiz artırılması əhaliyə ayda 34 milyon, ildə isə 400 milyon manat zərər vurur”.

Milli Məclisin deputatı Əli Məsimli ölkədə baş verən qiymət artımına münasibət bildirərkən belə deyib.

Millət vəkili bildirib ki, burada əsas amil bazar iqtisadiyyatında tələb və təklif şərtidir: 

"Azərbaycanda əhalinin gəlirləri aşağı düşüb. Postsovet məkanında qiymətlər 2 faizin altında qalxıb. Bizdə isə inflyasiya 4 faizin üzərindədir. Bu istiqamətdə aidiyyəti oqranlar işini gücləndirməlidir. Bir sıra marketlər süni qiymət artımının mənbəyinə çevrilib. Bu da əhalinin aztəminatlı təbəqəsinin yaşayış səviyyəsinə uyğun deyil”.

Bizim.Media iqtisadçı millət vəkilinin açıqlamasına istinad edərək, Azərbaycanda inflyasiya səviyyəsinin əhaliyə aylıq və illik təsirlərini hesablayıb.

Qeyd edək ki, müstəqil ekspertlər qiymət artımı ilə bağlı rəsmi rəqəmlərlə razılaşmırlar və ölkədə inflyasiyanın səvyyəsinin daha yüksək olduğunu bildirirlər. Bəzi ehtimallara görə, Azərbaycanda illik inflyasiyanın həcmi ikirəqəmli ədədlə ifadə oluna bilər.

Rəsmi rəqəmlərə gəlincə isə, qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu ilin yanvar-aprel aylarında illik inflyasiya 4,3% təşkil edib.

Əgər bir faizlik inflyasiya ayda əhaliyə 34 milyon manat ziyan vurursa, o zaman qiymət artımının əhaliyə aylıq zərəri 146.2 milyon manat edir.

Beş ay ərzində isə bu rəqəm 731 milyon manat zərər deməkdir.

Qarşıdakı aylarda inflyasiya səviyyəsinin neçə faiz olacağı hələ ki, bəlli deyil. Qeyd edək ki, ekspertlər yay fəslində istehlak qiymətlərinin sabitləşəcəyini, payızdan etibarən isə yenidən artım istqamətini tutacağını düşünürlər.  

Rəsmi yayılan infilasiya rəqəminə görə  isə kasıblayacağımız məbləğ ilin sonuna qədər 1 milyard 720 milyon manatdan çox edir!



Xəbərin oxunma sayı : 958




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap