Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hərbi quruculuq prosesi davam olunacaqdır

Tarix 17.01.22, 19:01

Font ölçüsü : - / +
bitmap-img6


Həm texniki təhcizat və təminat, həm də peşəkarlıq baxımından Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri davamlı keçirilən nəzəri və praktik təlimlərdə qazandığı bilik və bacarıqları döyüş meydanında da yüksək səviyyədə tətbiq etməyi bacardı. 44 günlük Vətən müharibəsi sübut etdi ki, ölkəmizdə ordu quruculuğu istiqamətində uzun illər ərzində görülmüş məqsədyönlü işlər, o cümlədən yeni və ən müasir silahların, döyüş avadanlıqlarının, pilotsuz uçuş aparatlarının alınması, müxtəlif qoşun növləri üzrə xüsusi təyinatlı qüvvələrin hazırlanması, hərbi birliklər arasında əlaqələndirmənin və birgə fəaliyyətin qüsursuz təmin edilməsi döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsini şərtləndirən mühüm faktorlardır. 

Təsadüfi deyil ki, bu gün Müzəffər Azərbaycan Ordusu beynəlxalq reytinq agentliklərinin hesabatlarında dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Məhz yüksək peşəkarlıq və sarsılmaz döyüş ruhu sayəsində əldə etdiyimiz Qələbə ordumuza qarşı həm hərbi ekspertlərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Xüsusilə təqdirəlayiq haldır ki, postmüharibə dövründə də Silahlı Qüvvələrimizin maddi-texniki bazası ən müasir tələblər səviyyəsində daha da inkişaf etdirilir, silah arsenalı təkmilləşdirilir, müharibənin analiz edilmiş nəticələrinə uyğun olaraq ordu quruculuğunda yeni
yanaşmalar tətbiq edilir. Yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu haqqında danışaraq bildirdi ki, bu sahədə görülən tədbirlər
nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq. Müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə edildiyini xatırladan dövlətimizin başçısı
indi onların bərpa edilməli olduğunu, bağlanmış yeni müqavilələrə əsasən artıq silah və sursat tədarükü getdiyini dedi. Təbii ki, istifadə edilmiş döyüş sursatlarının bərpası və yenilənməsi zamanı, qeyd etdiyimiz kimi, Vətən
müharibəsinin analizinin nəticələri xüsusi diqqətə alınır. Ali Baş Komandan bildirdi ki, növbəti məqam müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki,
hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik.

Qeyd edək ki, müasir silah sistemlərinin alınması məsələsi ordu quruculuğunda prioritet isqiqamətlərdən biridir və təsadüfi deyil ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində yeni silahlardan, xüsusilə pilotsuz uçuş
aparatları və radioelektron vasitələrdən səmərəli istifadəsi hətta bir sıra inkişaf etmiş ölkələrin öz ordularının təhcizatına yenidən baxmasına səbəb oldu. Belə silah və vasitələrin necə və haradan alınmasına gəlincə, Azərbaycanın dövlət büdcəsində hərbi xərclər üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bizə silah satmaq istəyənlərin sayı baxımından da heç bir problemimiz yoxdur.
Prezident İlham Əliyev daha bir vacib məsələyə – Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması məsələsinə toxunaraq, İkinci Qarabağ müharibəsinin böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə olduğunu vurğuladı. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar. Bununla belə, İkinci Qarabağ müharibəsi bizim bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin bizim
tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir.
Xüsusi Təyinatlı Qüvvələrimizin Vətən müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərmələri həmin qüvvələrin təkmilləşdirilməsini, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılmasını vəziyyətin diktə etdiyi zərurətə çevirib. Odur ki, postmüharibə dövründə bu nüans da nəzərə alınıb və bu gün artıq Azərbaycanda xüsusi təlim keçmiş peşəkar Komando birliklərinin, briqadalarının xidmət etdikləri hərbi hissələr fəaliyyətə başlayıb. Dövlətimizin başçısı bu məqama toxunaraq qeyd etdi ki, Komando qüvvələrinin yaradılması hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir.

Bu proses başlanıb və davam etdiriləcək. Prezident İlham Əliyevin ordu quruculuğu, Silahlı Qüvvələrimizin daha da güclənməsi istiqamətində görülən işlərlə bağlı söylədikləri və özünün dediyi kimi, məlum səbəblərə görə deyə bilmədikləri sübut edir ki, Azərbaycan Ordusu ölkəmizə qarşı hər hansı təhdidin, o cümlədən Ermənistanın hər hansı revanş cəhdinin
qarşısını almağa qadirdir. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Müzəffər Ali Baş
Komandanımız düşmən ölkəyə revanşizm meyilləri ilə bağlı xəbərdarlıq edərək bildirdi ki, biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid
harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir. Bu gün güclü və qüdrətli Azərbaycan Ordusu dövlətimizin sərhədlərinin və vətəndaşların təhlükəsizliyinin keşiyində cəsarətlə və ləyaqətlə dayanıb. Görülən işlər, atılan məqsədyönlü tədbirlər sayəsində Silahlı Qüvvələrimiz daha da güclənir. Bundansa hər kəs nəticə çıxarmalıdır...

Faiq Hüseynov



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap