“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Hikmət Hacıyev “The Washington Times“də məqalə yazdı, ermənilər həşir saldı

Tarix 04.07.21, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "The Washington Times" qəzetində məqalə ilə çıxış edib.

Ermənistan mətbuatı həmin məqaləni Ermənistana qarşı “üstüörtülü şantaj” kimi dəyərləndirib. Ermənistanın “news.am” saytı sözügedən məqalədə Hikmət Hacıyevin vurğuladığı bəzi məqamlara diqqət çəkib: “Zəngəzur dəhlizinin - Azərbaycanı Ermənistanla birləşdirən dəmir yolu və avtomobil yolunun yenidən açılması həm ölkələrimiz, həm də bütövlükdə bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq”.

“Ermənistanın ərazisindən keçmək mümkün olduqda Azərbaycanın eksklav ərazisi Naxçıvanın təcridinə son qoyulacaq. Ermənistanın paytaxtı İrəvan quru yolu ilə Moskva və digər paytaxtlarla Azərbaycan üzərindən əlaqə yarada biləcək. Ümid edirik ki, bu bölgədəki transformasiya prosesində 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi altında yaradılan vasitəçilik orqanı olan Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi ola biləcək”.

Bəs ermənilərin “üstüörtülü şantaj” kimi dəyərləndirdikləri nədir? Onlar bu yazıdakı hansı fikrə etiraz edirlər? Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” (koridoru) ifadəsi erməniləri hövsələdən çıxarır. Sözügedən sayt yazır ki, üçtərəfli anlaşmada söhbət hansısa koridorun açılmasından yox, bütövlükdə kommunikasiya xətlərinin açılmasından gedir. “Hikmət Hacıyevin məntiqinə söykənib Ermənistanı Azərbaycan üzərindən Rusiyaya birləşdirəcək xətti biz də “Tovuz korridoru” adlandırmalıyıq”.

Əlbəttə, ermənilərin narahatlığının səbəbi aydındır. Beynəlxalq ələmdə “Zəngəzur koridoru” ifadəsinin yayğınlaşması Ermənistan üçün məqbul deyil. Çünki Zəngəzur ifadəsi həmin ərazilərin tarixən Azərbaycana məxsus olmasından xəbər verir. (musavat.com)

Hikmət Hacıyevin məqaləsinin orijinal variantı burada.

Azərbaycan dilində oxumaq üçün isə buraya klikləyin.



Xəbərin oxunma sayı : 454




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap