“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hostellərə müşahidə kamerası qoyulacaq - Yeni tələb

Tarix 29.07.25, 19:49

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yataqxana və hostellər. Layihələndirmə normaları”nı təsdiq edib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni Qərar imzalayıb.

Qərara əsasən, yataqxana və hostellərin tutumu şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin layihə tapşırığına əsasən müəyyən ediləcək.

Belə ki, tutumuna görə hostellər 2 yerə bölünür:

- kiçik – 25 nəfərə qədər;

- böyük – 25 nəfərdən çox.

Bundan başqa, yataqxanaların və 50-dən çox yer sayı olan hostellərin giriş-çıxış yerlərində, mərtəbələrin dəhlizlərində, ictimai-iaşə zonalarında 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları quraşdırılmalıdır.

Hostellərdə bir sakin üçün minimum torpaq sahəsi normalaşdırılmasa da, yataqxanalar üçün bir sakinə düşən minimal torpaq sahəsi aşağıdakı kimi müəyyənləşib:

Açıklama yok.

Yataqxanaların ərazisində uşaq oyun meydançaları üçün sahə ayrılmalı və avadanlıqlarla təchiz olunmalıdır. Uşaq oyun meydançaları binanın pəncərə açırımı olan xarici divarından 12 m-dən az olmayan məsafədə yerləşdirilməlidir.

Tələbə şəhərciyi binalarının tərkibindəki yataqxanalarda ümumi yerlərin 15%-i ailəli tələbələr üçün nəzərdə tutulmalıdır. Yataqxananın yaşayış sahəsi bir nəfər üçün 10 m2-dən az olmamalıdır. Tələbə və şagirdlər üçün yataqxanaların yaşayış otağında müstəqil məşğələlər üçün yer nəzərdə tutulduqda yaşayış sahəsi bir nəfər üçün 12 m2-dən az olmamalıdır.
Yaşayış otağı 3 nəfərdən, qalma müddəti üç aya qədər olduqda isə 4 nəfərdən çox olmayan şəxslərin yerləşdirilməsi nəzərdə tutulmaqla layihələndirilir.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Açıklama yok.



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap