“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türkiyənin ilk təyyarə bombası təqdim edilib - VİDEO

Tarix 29.07.25, 14:46

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanmış ən yüksək dağıdıcı gücə malik konvensional təyyarə bombası – “Qəzəb” ilk dəfə ictimaiyyətə təqdim edilib. 

Türkiyə mətbuatı xəbər verir ki, "MK-84" platforması əsasında yaradılmış bu bomba 2000 funt (təxminən 900 kiloqram) çəkiyə malikdir və Türkiyənin indiyədək istehsal etdiyi ən güclü hava silahı sayılır. Rəsmi məlumatlara görə, “Qəzəb” analoji beynəlxalq bombalardan üç dəfə daha güclüdür. Yüksək təzyiq dalğası və geniş əraziyə təsir qabiliyyəti ilə seçilən bu silah, Türkiyənin hərbi sənayesi üçün mühüm yenilik hesab olunur və dünya hərbi dairələrində geniş maraq doğurub.

Məlumata görə, “Qəzəb” bombası F-16 və F-4 döyüş təyyarələrində istifadə oluna bilər. Qeyd olunur ki, özəl strukturu partlayış zamanı qəlpələrin bir-birindən ayrılaraq 1 kilometr radiusda geniş sahəyə yayılmasını təmin edir. Hər kvadratmetrə orta hesabla 10.16 qəlpə düşür ki, bu da bombaya geniş təsir gücü verir.

Bildirilir ki, laboratoriya sınaqları artıq tamamlanıb və hazırda sahə testləri aparılır. 

Yeni nəsil “Qəzəb” bombası İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində də (IDEF 2025) nümayiş etdirilib və yaxın zamanda Türkiyə Silahlı Qüvvələrinin silah arsenalına daxil edilməsi planlaşdırılır.






Xəbərin oxunma sayı : 991




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap