![]() |
|














Kartofun kiloqramı niyə 7 manata olub? - Səbəbi açıqlandı
Tarix 25.03.25, 15:07 |
|

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bazarda xırda kartofun kiloqramının birdən-birə 7 manata qədər artmasının səbəblərini açıqlayıb.
AzFakt.com xəbər verir ki, Pravda.az-ın suallarını cavablandıran ekspert bildirib ki, Azərbaycan tələbatı yetərincə ödəyəcək həcmdə kartof istehsal edə bilmədiyi üçün bahalaşma olub.
O qeyd edib ki, Azərbaycanda kartofa olan tələbat 1 milyon 500 min tondur: “Bu həm istehlak etdiyimiz kartofdur, həm toxum materialıdır, həm də mümkün olan itkilərdir. Yəni ümumilikdə, 1 milyon 500 min ton kartof istehsal etməliyik ki, Azərbaycan özünü kartofla tam təmin edə bilsin. Biz isə 1 milyon tondan az – 998 min ton kartof istehsal edirik. Demək olar, istehsalın həcmi 35% azdır. Tələbatı ödəyə bilmədiyimiz üçün bazarda qiymətlər tez-tez və daha çox artan istiqamətə dəyişir. Bu ilin əvvəllərindən də müşahidə edirik ki, Azərbaycanda kartofun qiyməti çox yüksəkdir, bahalaşma davam edir. Digər tərəfdən keyfiyyətli kartof çatışmazlığı var. Bazara çıxarılan kartof bir çox halda standarta cavab vermir. Eyni ölçüdə olmur, fərqli ölçüdə olur, əmtəə görünüşü cəlbedici deyil, kələ-kötürdür. Çürük, xəstə kartoflar var. Təəssüf ki, bu gün bazara, yarmarkalara çıxarılan kartofların əmtəə görünüşü belədir, keyfiyyəti isə aşağıdır. Bu isə ondan xəbər verir ki, Azərbaycanda həm də keyfiyyətli kartof istehsalı təşkil edilmir. Əvvəllər Rusiyadan böyük həcmdə kartof idxal edilirdisə, indi Rusiyada da kartofun qiyməti artıb. Bu da Azərbaycanda qiymətə təsir edir”.
Vahid Məhərrəmli xırda kartofun kəskin bahalaşmasının səbələrini belə izah edib: “Kartof bazarında xaotik vəziyyət yaranıb. Kartof istehsalı ilə məşğul olan sahibkarlar faraş kartofu indiki məqamda bazara çıxarmağa çalışırlar ki, daha çox qazanc əldə etsinlər. Bir müddət sonra bazara tələbatımız qədər yox, amma nisbətən artıq kartof çıxacaq. Sahibkarlar məhsulu özlərinə sərf edən qiymətə sata bilməyəcəklər. İndi kartof tam yetişməyib. Buna görə də xırda kartofları çıxarıb satırlar. Bu məsələdə sahibkarları günahlandırmaq düzgün olmaz. Əlbəttə, arada pul qazanmaq istəyən tədarükçülər var. Sahibkarlar kartofu özləri bazara çıxarmırlar. Onlara bu imkanı vermirlər. Arada işbazlar var ki, onlar kartofu sahibkarlardan alırlar və daha yüksək qiymətə bazarda təklif edirlər. Onlar sanki bazarın nəbzini tutublar, çünki təklifin az olduğunu yaxşı bilirlər. Satıcılar da bu işdə daha çox qazanc əldə etməyə çalışırlar. Əlbəttə, o demək deyil ki, kartofun maya dəyəri qalxıb, bu səbəbdən satış qiyməti yüksəkdir. Xırda kartofun maya dəyəri ona görə yüksək ola bilər ki, sahibkarlar gözləmirlər, faraş kartofu bazara çıxarırlar. Belə halda məhsuldarlıq onlarda iki dəfə aşağı düşəcək. Bu da vadar edir ki, itkini kompensasiya etsinlər. İnanmıram ki, vasitəçilər kartofu 1 manat 50 qəpik – 2 manatdan baha alsınlar. İndi görün, vasitəçilər nə qədər qazanırlar. Təxminən, 3,5 dəfə çox arada qazanc əldə edirlər. Bütün bunların səbəbi budur ki, çox təəssüf, bazarda rəqabət mühiti yarada bilmədik. Bazar inhisarçılarla doludur. Hər sahənin öz inhisarçısı var. Hətta xaricdən də bir çox halda məhsul gətirirlər. Təbii ki, qiymət artımı sünidir, təbii deyil. Bunu təklif və tələblə əlaqələndirmək olar ki, qiyməti bazar müəyyən edib. Amma bazar bir anda bu qədər bahalaşdıra bilməz. Oyunçular vəziyyətdən sui-istifadə edirlər”.
Ekspert kartofun ucuzlaşması ehtimalını da istisna etməyib: “Bazarda təklif artıqca kartofun qiyməti düşəcək. Bir müddət sonra faraş kartof bazara çıxarılacaq, bu da qiyməti yavaş-yavaş aşağı salacaq. Yay aylarında daha çox kartof çıxanda qiymət 1 manatdan aşağı düşəcək. Amma bunu birmənalı demək çətindir. Çünki hələ bilmirik. Bazarda təlatüm var, mal-məhsulun qiyməti tez-tez dəyişir. İnflyasiyanın faizi birdən-birə arta bilər. Artıq bunu görürük. Belə halda kartofun qiymətinin kəskin şəkildə aşağı düşəcəyini düşünmürəm. Nisbətən düşəcək, amma əvvəlki illərdə olan qiymət olmayacaq. Bazarda bütün mal-məhsulda dəyişiklik görürük”.
Xəbərin oxunma sayı : 913
Sosial
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Suriya XİN rəhbəri Moskvaya gedir - Rusiya druzlara silah verir
-
Bakıda biznesmenin maşınından 130 minlik oğurluq işində ziddiyyətlər - Kim yalan danışır?
-
İcbari Tibbi Sığorta Fondu ciddi pozuntulara yol verib - 760 mln. manatlıq satınalma
-
Müəllim olmaq istəyənlərə ŞOK ZƏRBƏ - Onlarla ixtisas ləğv olundu
-
“Rusiya parlament seçkilərinə müdaxiləyə hazırlaşır” - Maya Sandu
-
Dövlət Turizm Agentliyində yoxlama: milyonlarla manat hara xərclənib?
-
Vilayət Eyvazov Astarada 454 vətəndaşı dinlədi - FOTO/VİDEO
-
“Baku Electronics” və “ABC Telecom” istehlakçılara yalan məlumatlar verib - İş qaldırıldı
-
Qabil Məmmədova qiyabi 16 il həbs cəzası verildi - Məhkəmədən qərar
-
İstilik təchizatı xidmətinin tarifi artırıldı - Yeni qiymətlər
-
“Azərbaycan millisinə Allah rəhmət eləsin” - Ramin Musayev
-
Gürcüstan 36 xarici vətəndaşı deportasiya etdi - Aralarında azərbaycanlı da var
-
25 yaşlı Mahir 38 nəfəri necə aldadıb? - TƏFƏRRÜAT
-
Şahin Şıxlinski axtarışa verilib - FOTO
-
Prezident Komitəyə 10,5 milyon manat ayırıb - Sərəncam
-
İxtisas seçimi nə vaxt başlayacaq? - Açıqlama
-
Ayağını maşından çölə çıxarıb şou göstərirdi, cəzalandırıldı - Video
-
Həmkarlar İttifaqının “onlayn fırıldağı”: Görün müəlimləri necə aldadırlar - FOTO
-
Xaricə üzərlik aparanlara xəbərdarlıq - Həbs oluna bilərsiniz…
-
Nəsrin Bakıdan sonra İstanbulda da ad günü etdi - FOTOLAR
-
Xətai rayonu Qaçaq Nəbi küçəsində qanunsuz tikintiyə hansı məmur icazə verib? - FOTOLAR
-
Azərbaycan kreditləşmədə Cənubi Qafqazda sonuncudur - “Artıq lider deyilik...”
-
Mehdiyevsayağı açıq təhlükə: Rövnəq Abdullayevin Rusiyaya bağlı iqtisadi güc formalaşdırma cəhdi
-
“Ukraynalı qaçqınların ABŞ-da qalmasına icazə veriləcək” - Tramp
-
Bir neçə abituriyent istintaqa cəlb edilib - RƏSMİ
-
Tülin yumruğa görə cəzalandırıldı - Elektron qolbaq taxılacaq
-
Yeni səfirin bu görüntüsü maraqla qarşılandı - VİDEO
-
Bakının bu ərazisində evlər sökülür: Sakinlər nədən narazıdır?
-
Kredit götürmək istəyənlərə şad xəbər - Avqustun 1-dən...
-
Astarada 55 yaşlı qadın öldürüldü - 21 yaşlı gəlini tutuldu
-
Rusiyanın şərqində güclü zəlzələ: İki ölkədə sunami təhlükəsi elan edildi
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
-
Kürdəmir sakinlərini narahat edən üfunətin mənşəyi nədir? - VİDEO
-
Daha bir direktorun səs yazısı yayıldı - VİDEO
-
ABŞ və Çin tariflərlə bağlı razılığa gəldi - Gömrük tarifləri ilə bağlı
-
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
-
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları
-
Oqtay Əsədovun xanımı gəlirlərini artırıb - Rusiyada
-
İdarə etmədiyi avtomobilə görə cərimələnir - Vətəndaş çıxılmaz vəziyyətdə
-
Arvadını öldürüb könüllü polisə təslim oldu - VİDEO
-
Rusiyada konsert verməkdən imtina etdi - 1 milyon dollar alacaqdı
-
“Fələstinin tanınması atılmalı olan ən sonuncu addımdır“ - Almaniya kansleri
-
Daşınmaz Əmlakın Dövlət Reyestri: “Əmlakın qeydiyyatı üçün bütün sənədlər yalnız bizə təqdim olunmalıdır“
-
İcra başçısının adından istifadə edərək türkiyəli iş adamını aldatdı - Həbs olundu
-
Hostellərə müşahidə kamerası qoyulacaq - Yeni tələb
-
DTX-nın həbs etdiyi DTA əməkdaşının həbs müddəti uzadıldı - 2 ay
-
“Bağışlayın, məşğulam” - Azər Qasımov casus ittihamına cavab vermədi
-
“Hilton Baku“dakı qiymətlər turistləri şoka saldı - FOTO
-
Gəncə MKTB yenə “T.T.Ş.-İnşaat“ MMC-yə tender verdi - Bu dəfə 712 min...
-
“Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik“ - Qurban Qurbanov
-
Peskov Rusiyanın müttəfiqlərini açıqladı - “Onlar bizim tərəfdaşlarımızdır...“
-
Ən çox aşkarlanan maliyyə pozuntuları - Açıqlandı
-
Bakıda su niyə fasilələrlə verilir? - RƏSMİ
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Bolt şirkətinin kuryeri “Salam Baku”nun müştərilərini təqib etdi - Cəza verildi
-
160 mindən çox tələbənin təqaüdü artırılır - Tarix məlum oldu
-
Xəzər dənizində kazino oyunları təşkil ediləcək - Yeni qanun təsdiqləndi
-
“Bu, qolf oynamaqdan qat-qat vacibdir“ - Tramp
-
Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılır - Fotolar
-
Vəhdət Partiyasının Abşeron təşkilatının konfransı keçirildi - FOTOLAR
-
Prezidentdən Naxçıvanla bağlı - Sərəncam
-
Türkiyənin ilk təyyarə bombası təqdim edilib - VİDEO
-
Azərbaycanda un ucuzlaşır, çörəyin qiyməti isə dəyişməz qalır - Qiymətlər
-
Bakıda və rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Prezident bu yolun təmirinə 2 milyon manat ayırdı - Sərəncam
-
Binəqədi rayonunda Zaur adlı iş adamı sakinlərin dincliyini pozur - Şikayət
-
Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
-
“Qələbəmi əlimdən aldılar” - Final görüşündə dava düşən boksçumuz
-
Bursa yanğınının səbəbkarı həbs olunub - Ərdoğan açıqladı
-
İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni vəzifə verdi
-
Metronun iş saatında dəyişiklik edildi - SƏBƏB
-
Siqaret kötüyünü tam söndürmədi, ciddi yanğın baş verdi - VİDEO
-
Türkan Gündüzü öldürən əri baldızına 15 min ödəyəcək - Yeni qərar!
-
Onlar xaricdə dövlət hesabına oxuyacaqlar - Nəticələr açıqlandı
-
Meyitinin gizlədildiyi deyilən Ayazın həkimi danışdı - “Sağdır...”
-
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
-
Pirşağı çimərliyində daha 2 nəfər boğuldu - Biri azyaşlıdır
-
İstehlakçı hüquqları necə pozulur? - Əhali ən çox “Kontakt Home“dan şikayətçidir
-
Avropadan Ukraynaya şok xəbərdarlıq: Bütün yardımlar dayandırılacaq
-
Bu bina söküləcək: Sakinlərə kompensasiya veriləcək, amma... (VİDEO)
-
“İsrail və ABŞ yenə təcavüz etsə, qəti cavab verəcəyik“ - İran XİN
-
Ağdama növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Xəzər dənizində suyun səviyyəsinin azalması duzlaşmaya səbəb olur - VİDEO
-
İş adamı Araz Ağalarov Bakıya gəldi - VİDEO
-
Bakıda məftilin ümidinə qalan dayanacaq - FOTO
-
Novxanıda “Karadeniz” restoranını müştərilərə köhnə yeməklər verir? - İDDİA
-
DİN əməliyyat keçirdi - 24 kiloqram narkotik aşkarlanıb
-
“Sülh masası Türkiyədə qurulacaq” - Ərdoğan
-
Putinlə Netanyahu telefonda danışdı - Yaxın Şərqdəki vəziyyət müzakirə edilib
-
DTX imtahan şəbəkəsini ifşa etdi - Saxlanılanlar var
-
“Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq“ - Ərdoğan
-
Rusiya üçün zaman daralır - Trampdan xəbərdarlıq
-
Qəbul imtahanlarında uyğunsuzluq - 289 şagirdin nəticəsi ləvğ edildi
-
Baş nazirdən dərmanlarla bağlı yeni - Qərar
-
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb - MEDİA
-
Sarayda ağacları kəsən “İnşaat Təmir“ cərimələndi - 35 min manat
-
“Netanyahuya HƏMAS-la “fərqli davranmağı“ məsləhət görmüşəm“ - Tramp
-
Xəzəri çirkaba qərq edənlər cəzasız qalır - Kim dur deyəcək?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ İsrail-İran savaşında 12 günə kritik sayda müdafiə raketi itirib - CNN
-
Bakıda məktəb direktoruna töhmət verildi - Səs yazısı yaılmışdı
-
Hikmət Hacıyevlə Əli Əkbər Əhmədian arasında telefon danışığı - Müzakirə
-
“İrana uranı zənginləşdirməyə imkan verməyəcəyik“ - Tramp
-
Nigar Camalla Fərqanə Qasımova arasında qalmaqal - FOTO
-
Motosiklet, velosiped və skuter sürücülərinə - Müraciət
-
“Sadə avropalıların Brüsselə hücum etməsinin vaxtı çatıb” - Medvedyev
-
Bu kinoşünaslara 22 min manatadək pul veriləcək - SİYAHI
-
Gəncədəki amansız qətlin təfərrüatı: Əvvəl oboy bıçağı ilə, sonra daşla öldürüb
-
Müdafiə Sənayesi Nazirliyinin vəzifəli şəxslərinə əlavə səlahiyyət verildi - Fərman
-
Ermənilərin əsir götürdüyü şəxs: Hər gün işgəncə verirdilər
-
İşıqla bağlı yeni qanun təsdiqləndi - Sabit tarif nə deməkdir?
-
Milli Qəhrəman Natiq Qasımovun anası dəfn olunub - FOTO
-
Nazir növbəti sıra baxışını keçirdi, 214 nəfər seçildi - Video
-
Leysan, şimşək, dolu... - Sabahın havası
-
Xankəndidə yanğın törədən şəxs həbs edildi - DİN
-
Pirşağı çimərliyi: Atlar da insanlarla birgə çimir (VİDEO)
-
Ceyhun Bayramovla Özbəkistan XİN başçısı telefonda danışdı - Nələr müzakirə olunub?
TOP 10
ARXİV