“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var - Şair şikayətlənir

Tarix 01.09.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Yazıya əlavə olunmuş bu şəkil Kəlbəcərin Zar kəndində çəkilib. Yeni yaşayış məntəqəsinin tikintisində belə bir mənzərənin ortaya çıxması məni, bir kənd sakini kimi, ciddi narahat edir.

Açıklama yok.

Dövlət başçısının göstərişi ilə Zar kəndinin qurulmasına böyük vəsait ayrılıb. Lakin ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi və tikinti işlərinin keyfiyyəti ilə bağlı ciddi suallar yaranır.

Şəkildə divarın hörgüsünə diqqət yetirin: kubiklərin arasındakı bir çox hissəyə sement məhlulu belə düzgün vurulmayıb. Kubiklər arasında boşluqlar görünür və hörgünün keyfiyyəti ciddi şübhə doğurur. Dövlət vəsaiti hesabına tikilən yaşayış evində belə işin görülməsi yolverilməzdir.

Mənim iddiam ondan ibarətdir ki, “Amozon” şirkətinin həyata keçirdiyi işlərdə ayrılmış vəsaitlərin səmərəli xərclənməsi, qiymətlərin formalaşdırılması və tikinti keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır. Əgər dövlət büdcəsindən ayrılan vəsait mənimsənilibsə və ya işlərin həcmi və qiyməti süni şəkildə dəyişdirilibsə, bunun hüquqi qiyməti verilməlidir.

Digər tərəfdən, mən həmin kəndin sakini olduğum halda, tikinti zamanı qanunsuz şəkildə işdən çıxarılmağımı da diqqətə çatdırıram. İşçilərin əmək şəraiti və tikintidə gördüyüm problemlərlə bağlı etiraz etdiyim üçün işdən çıxarıldığımı düşünürəm və bunun da araşdırılmasını istəyirəm.

Mən heç kəsi məhkəmə qərarı olmadan günahkar elan etmirəm. Sadəcə olaraq Prezidentin ayırdığı dövlət vəsaitinin hara xərcləndiyini, tikilən evlərin hansı standartlarla qəbul edildiyini və “Amozon” şirkətinin fəaliyyətinin qanuniliyini araşdırmağı tələb edirəm.

Zar kəndi bizim doğma kəndimizdir. Dövlət vəsaiti hesabına tikilən evlər keyfiyyətli və təhlükəsiz olmalıdır. Bu məsələyə aidiyyəti qurumların ciddi münasibət göstərməsini və obyektiv araşdırma aparmasını xahiş edirəm.

Səxavət Kəlbəcərli, 

Şair

P.S.Yazı üməllifin Feysbuk hesabında yayımlanıb!.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap