“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Kənd təsərrüfatı məhsulları niyə bahalaşır? - Ekspert

Tarix 29.06.21, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


"Bazarlarda kənd təsərrüfat məhsullarının qiymətinin artmasına səbəb məhsul azlığıdır”.

AzFakt.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, get-gedə istehsal azalır:

"Pomidor, xiyar istixana şəraitində yetişdirilir. İndi get-gedə bunlar azalır. Bir müddətdən sonra bazara açıq şəraitdə yetişdirilən məhsul çıxarılır. Ona görə də məhsul az olduğu üçün qiymət də bahalaşır”. 
 
Ekspert qeyd edib ki, toy-nişan şənliklərinin keçirilməsinə icazə verilməsinin qiymət bahalaşmasına hər hansı təsiri yoxdur:

"Nəyə görə? Toy istehlakı artırmır. Toy istehlakın bir hissəsini öz üzərinə götürür. Qiymət artımına səbəb yalnız təklifin azalmasıdır. Təklifin də azalması mövsümlə bağlıdır. Havalar isti keçir, bu o deməkdir ki, bizim fermerlərin istehsal etdiyi məhsulun bir hissəsi xarab olub. Onların məhsulu soyuq şəraitdə uzun müddətə saxlamaq imkanları yoxdur. Məhsul da isti şəraitdə tez xarab olur. Məhsulun yetişmə prosesi dayanmır, sürətlə gedir. Bəziləri məhsulu tarlada qorumur, orada xarab olur. Məhsulun çox hissəsi də piştaxtada xarab olur, digər tərəfdən istehsalçılar onu qoruya bilmir. Bu, Azərbaycanda ən böyük problemlərdən biridir”.

Vahid Məhərrəmov bildirib ki, yığımı vaxtında həyata keçirmək üçün sahibkarları maarifləndirmək lazımdır:

"Məhsul yığılan anda soyuducu anbarlara yerləşdirilməlidir. Bizdə elə anbarların sayı çox azdır. Adi halda məhsulun 20 faizi, havalar isti keçəndə isə 50-60%-i xarab olur”.





Xəbərin oxunma sayı : 820




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap