“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kreml Navalnı və silahdaşlarını terrorçu elan etdi

Tarix 25.01.22, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Kremlin tənqidçisi Aleksey Navalnı və onun bir neçə müttəfiqini terrorçu və ekstremist siyahısına salıb. Navalnı və onun beş həmkarı – Lyubov Sobol, Vyaçeslav Gimadi, Georgi Alburov, Liliya Çanişeva və Ruslan Şaveddinovun adları “Rosfinmonitorinq”in reyestrində yanvarın 25-də çıxıb. Onlar sağ qanad millətçi qruplar və "Taliban" kimi terrorçu, "İslam Dövləti" adlı silahlı qruplaşmalarla eyni siyahıya düşüblər.

Rusiya qanunvericiliyi bu siyahıya salınmış şəxslərin bank hesablarının dərhal dondurulmasını nəzərdə tutur. Təxminən iki həftə öncə isə Navalnının digər iki yaxın müttəfiqi – Leonid Volkov və İvan Jdanovun adları həmin siyahıya salınmışdı.

Ötən il Moskva Şəhər Məhkəməsi Navalnıya bağlı təşkilatların hamısını ekstremist elan edib. Bu addım Navalnı və onun Rusiyadakı regional ofislər şəbəkəsinə bağlı şəxslərin dövlət qulluğuna seçilməsini önləyir. Hökmdə həmin qurumlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Navalnı 2021-ci ilin fevralından həbsxanadadır. O, Almaniyada müalicədən qayıtdıqdan dərhal sonra həbs olunub. Müxalifətçi Sibirdə "Noviçok" tipli sinir qazıyla zəhərlənmədən Berlində müalicə olunarkən daha öncə təqsirli bilindiyi iş üzrə şərti cəzanın qaydalarını pozmaqda təqsirli bilinib. Navalnı zəhərlənməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin durduğunu desə də, Kreml bu insidentdə rolu olmadığını deyir.

(azadliq.org)



Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap