“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Leysan olacaq, qar yağır - XƏBƏRDARLIQ

Tarix 10.12.25, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 10-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Şahdağda qar yağır.

Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 3, Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 21, Biləsuvar, Lənkaranda 20, Lerikdə 18, Yardımlı, Gədəbəydə 13, Neftçalada 11, Bakıda və Abşeron yarımadasında 9, Zaqatala, Naxçıvan, Balakəndə 7, Ağdam, Beyləqan, Şirvan, Zərdabda 6, Sədərək, Şərur, Altıağac (Xızı), Qax, İsmayıllı, İmişlidə 5, Ordubad, Culfa, Quba, Sabirabad, Ağstafa, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Tərtər, Şəki, Şahbuz, Yevlax, Oğuz, Qəbələ, Naftalan, Bərdə, Tovuz, Beyləqan, Şabran, Kürdəmir, Şəmkir, Daşkəsən, Göygöl, Ceyrançöl, Göyçay, Qobustan, Xaltan, Şamaxı, Goranboy, Mingəçevir, Gəncə, Xaçmaz, Qusarda 4 mm-dək qeydə alınıb.

Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Gəncə, Şəmkir, Tovuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Xızı, Naftalan, Quba, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmirdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.





Xəbərin oxunma sayı : 127




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap