“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Leyla Əliyeva Türkmənistanda - Avaza filialının açılışı olub

Tarix 09.12.25, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb. “Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib”, - deyə o bildirib.

Uşaqlara qayğının dövlət siyasətinin prioritet məsələlərdən biri olduğunu deyən Oğulcahan Atabayeva filialda uşaqlara yüksəkkeyfiyyətli tibbi yardım xidmətindən əlavə, həmçinin onların istirahəti və reabilitasiyası üçün də şərait yaradıldığını diqqətə çatdırıb. Oğulcahan Atabayeva Birləşmiş Millətlər Təşkilatının səylərinə, xüsusən də dünyada uşaqların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinə bundan sonra da fəal dəstək olacaqlarını bildirib.


Qeyd edək ki, Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpasına kömək etməkdir. Bu günə qədər Fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar layihələr həyata keçirilib. Fondun humanizm, ədalət və xoşməramlı prinsiplərə söykənən fəaliyyəti, həmçinin dövlət tərəfindən dəstəklənir. Fond humanitar missiyasını beynəlxalq səviyyədə də həyata keçirir. BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu tərəfindən bu günə qədər Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib.







Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap