Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Lotu Qulinin düşməni aeroportda saxlanıldı - Bəs oteldə ələ keçən kimdir?

Tarix 20.05.21, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


Lotu Qulinin düşməni aeroportda saxlanıldı: 

Ukraynada iki nüfuzlu "qanuni oğru" saxlanılıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, saxlanılanlar “Umka” ləqəbli Serqey Oleynik və “Laşa Svan” ləqəbli Laşa Caçvlianidir. “Umka” Dnepr şəhər aeroportunda ölkəni tərk etmək istəyərkən saxlanılıb. “Laşa Svan” isə həmin şəhərdəki otellərin birində ələ keçib. Həm “Umka”, həm də “Svan”, təkcə Ukraynanın yox, MDB-nin ən nüfuzlu "oğrular"ından hesab olunurlar.

Məlumata görə, onlar Dnepropetrovsk, Odessa, Nikolayevsk, Zaporojsk, Sumı, Poltava, Krvoy Roq kimi vilayətlərə nəzarət ediblər. KİV-də yazılana görə, “Umka” bir zamanlar Lotu Quliylə savaş həddində olub. Quli tərəfdarları Odessa və Xerson kimi vilayətlərə nəzarəti ələ keçirmək istəsələr də, “Umka” müqavimət göstərərək buna imkan verməyib. Həmin vaxt “Umka” Qulini özünün bir nömrəli düşməni hesab edirdi.

Qeyd edək ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 111 əcnəbiyə və 557 "qanuni oğru"ya qarşı sanksiya tətbiq edib. Ukrayna Prezidenti Vladimir Zelenski teleqram səhifəsində yazıb ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasında ölkə üçün əhəmiyyətli qərarlar qəbul olunub. Sanksiyalara məruz qalan şəxslərin adları göstərilməsə də onlara qarşı ediləcək məhdudiyyətlər açıqlanıb. Belə ki, nəzərdə tutulan şəxslərin Ukraynaya girişi qadağan ediləcək, aktivləri bloklanacaq, vizaların verilməsində imtina ediləcək. Bundan əlavə, sanksiya tədbirləri arasında müvəqqəti və ya daimi yaşayış, immiqrasiya icazələri, vətəndaşlıq ala bilmək və s. var.



Xəbərin oxunma sayı : 910

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda