Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2021

    Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO

  • / Maqazin / — 09 Sentyabr 2021

    Azərbaycanlı model bu cür soyunmağı sevir – FOTO

Lotu Qulinin rəqibinin yaxın adamı döyüldü – İstanbulda dava ilə bitən pul söhbəti

Tarix 18.09.21, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin İstanbul şəhərində gürcü əsilli "qanuni oğru” Ceyran Kinçuraşvili (Ceyran Xonski) döyülərək kriminal dünyanın ali statusundan məhrum edilib. 
 
Qaynarinfo xəbər verir ki, Ceyran Xonskini "qanuni oğru” statusundan məhrum edənlər də gürcü əsilli kriminalitetlər Ramaz Dzneladze, Beso Kupraşvili və Kurşa kimi tanınan Malxaz Mqaloblişvili olub. Onların Ceyran Xonskinin evinə hansısa pul mübahisəsini aydınlıq gətirmək üçün gəliblər. Söhbət zamanı Ceyran Xonski Ramaz  Dzneladzenin ünvanına qeyri-etik ifadələr işlədib. Buna cavab olaraq Ramaz Dzneladze Ceyran Xonskiyə yumruq zərbəsi endirib. Fiziki cəhətdən Dzneladzedən daha güclü olan Xonski onu cavab zərbəsi ilə yerə sərib. Burada dayanmalı olan Xonski yerdə uzanmış Dzneladzeyə zərbələr endirməyə davam edib və bununla da "oğru qaydaları”nı pozmuş olub. Qaydalara görə, "qanuni oğru”ya zərbə vuranın cavabı dərhal verilməlidir, amma həddi aşmamaq şərtilə. Xonski isə həddi aşaraq zərbədən yerə yıxılan adamı ölüncə döyüb. 

Bu baxımdan, mübahisədə iştirak edən digər "qanuni oğru”lar davaya müdaxilə edib və Xonskini döyüblər. Daha sonra isə ona artıq "qanuni oğru” olmadığını bildiriblər.

Ceyran Xonski Rusiya həbsxanasında cəza çəkən nüfuzlu "qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) yaxın adamı hesab edilir. Zaxari Kalaşov nüfuz savaşında mərhum azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əsas rəqibi olub. Hətta Lotu Qulinin qətlində onun da adı hallandırılırdı. Nadir Səlifovun həbsdən çıxdıqdan sonra iştirak etdiyi münaqişələrin əksəriyyətinin ssenari müəllifinin Şakro Molodoy olduğu haqqında iddialar var. Məsələn, konkret olaraq Şakro Molodoya yaxınlığı ilə seçilən gürcü əsilli "qanuni oğru” Quram Çixladze (Kvejoeviç) ilə Lotu Quli arasındakı konfliktin arxasında onun dayandığı bildirilirdi. 

Bu münaqişə Nadir Səlifovun qətlindən sonra da davam edir. İndi Lotu Qulini əvəzləyən qardaşı Namiq Səlifovun (Namiq Bakinski) da Şakro Molodoyun hədəfində olması barədə iddialar səsləndirilir. 



Xəbərin oxunma sayı : 862

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda