“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar

Tarix 13.06.25, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri İsrailin ehtimal edilən uzaqdan idarə olunan raket zərbəsi nəticəsində Tehrandakı şəxsi evində öldürülüb.

İlkin mərhələdə İran hakimiyyəti xəbəri təkzib etsə də, SEPAH-ın daxili kanalları və regional diplomatik mənbələrin təsdiqi ilə ölüm xəbəri rəsmi şəkildə qəbul olundu.

Məhəmməd Hüseyn Baqeri kim idi? 

AzFakt.com musavat.com-a istinadən məlumatları təqdim edir:

Məhəmməd Hüseyn Baqeri 1960-cı illərdə Təbriz ətrafında azərbaycanlı ailədə dünyaya gəlib. Onun əslən Azərbaycan türkü olduğu İran və regional mənbələrdə dəfələrlə qeyd olunub. Baqeri İran siyasi və hərbi elitasında yüksək rütbəli azərbaycanlılardan biri idi və uzun illər SEPAH daxilində ən etibarlı beyinlərdən biri hesab olunurdu.

O, İran–İraq müharibəsində (1980–1988) aktiv iştirak edib. Gənc yaşlarından SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) cəbhə komandirlərindən biri kimi tanınıb.

Hərbi-strateji idarəetmə üzrə mütəxəssis kimi tanınıb və uzun illər İranın müdafiə planlaşdırmasında aparıcı sima olub.

2016-cı ildə Ali lider Ayətullah Xamenei tərəfindən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.

O, həm də İranın proksi müharibələr doktrinasının əsas memarlarından biri idi – Livan, Suriya, Yəmən və İraqdakı silahlı qruplarla İran arasında əlaqənin koordinasiyasında birbaşa iştirak edirdi.

Nüvə proqramı və Baqerinin rolu

Məhəmməd Hüseyn Baqeri həm də İranın nüvə proqramının hərbi qanadı ilə birbaşa bağlı idi. O, nüvə obyektlərinin mühafizəsi, eləcə də onların strateji istifadəyə hazırlığı sahəsində planların hazırlanmasında xüsusi rola malik idi. Nüvə alimləri ilə yaxın əlaqədə işlədiyi bildirilirdi.

Qeyd edək ki, nüvə alimləri Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi də onunla eyni hədəf dalğasında öldürülüb.

İsrailin hava zərbələrinin konkret hədəf seçimi bu hücumun təsadüfi olmadığını sübut edir. Baqeri ailəsinin və şəxsi mühafizəçilərinin gözü qarşısında, uzaqdan idarə olunan dəqiq raketlə öldürülüb. Hücumun texniki icrası göstərir ki, İsrail kəşfiyyatı İran daxilində ciddi agentura şəbəkəsinə malikdir və ölkənin ən qorunan şəxslərini belə izolyasiya edə bilir.

Baqerinin azərbaycanlı kimliyi və onun İran siyasətində yeri

Baqerinin azərbaycanlı olması uzun illər açıq şəkildə vurğulanmasa da, o, İranda yüksək vəzifəyə qədər yüksəlmiş ən nüfuzlu türkdilli generallardan biri idi. Güney Azərbaycandan çıxmış ən yüksək rütbəli hərbçi olmaqla yanaşı, onun karyerası İranda etnik azlıqlara etimadın rəmzi kimi təqdim olunurdu. Lakin Baqeri heç vaxt türk kimliyini açıq şəkildə ifadə etməyib, dövlətə sadiq SEPAH generalları sırasına aid idi. Onun ölümü, Silahlı Qüvvələrin planlaşdırma və koordinasiya sisteminə ağır zərbə vurdu.



Xəbərin oxunma sayı : 352




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap