“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı

Tarix 13.06.25, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fəaliyyət göstərən və əvvəlki adı “Uber Azərbaycan” MMC olan taksi şikəti, eləcə də onun direktoru cərimələnib.

Baş Prokuroluqdan verilən məlumata görə,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən “Ridetech” MMC-nin (əvvəlki adı ilə “Uber Azərbaycan” MMC) direktoru Müşfiq Həsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun və tələblərin pozulması nəticəsində Cəmiyyətə məxsus informasiya sisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması müəyyən edilib.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci (Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Bundan başqa, MMC-nin direktoru Müşfiq Həsənov həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 5000 manat məbləğində inzibati cərimə edilib.



Xəbərin oxunma sayı : 454




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap