![]() |
|














Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
Tarix 14.06.25, 21:09 |
|

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev "Yeni Müsavat”a şərhində bildirib ki, Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlərin ayrılması müsbət haldır. A.Nəbiyev vurğulayıb ki, bu qərar çoxdan verilməli idi:
"Çox yerdə qırıq-qırıq xətt çəkilməyib, bu cür xətləmə döngəyə çatmamış edilir. İkinci zolaqda dönmə həm təhlükəlidir, həm də qayda pozuntusudur. Çox yerdə bu nişanlanma edilməyib. Bu isə yolverilməz haldır. Hələ ki, bu istiqamətdə iş görülmür. Digər tərəfdən minik avtomobilləri avtobus zolağına girə bilmirlər, dərhal cərimələnirlər, avtobuslar isə minik avtomobillərinin zolağına rahat şəkildə daxil ola bilirlər, amma cərimə olunmurlar. Dayanma-durma nişanları ilə bağlı vəziyyət də ürəkaçan deyil, hər yerdə quraşdırılıb, amma məhəl qoyan yoxdur. Əslində bayram günlərində dayanmağa icazə var, lakin reallıqda yoxdur. Həftənin tək və cüt günləri üçün dayanma-durma nişanlarını tətbiq etmək lazımdır ki, dayanma-durma problemi həllini tapsın. Bir məsələyə də diqqət çəkmək istəyirəm ki, şəhərin bəzi hissələrində saatlar qoyulmayıb. Bəzi prospektlərdə tıxac olmur, odur ki, avtobus zolağının çəkilməsi, minik avtomobillərinə məhdudiyyət qoyulmasının əhəmiyyəti yoxdur. Düşünürəm ki, şəhərin hər yerində yalnız pik saatlarda-səhər saat 07:00-dan-10:00-a qədər, axşamlar isə 17:00-dan 20:00-a qədər olan müddətdə məhdudiyyət tətbiq olunmalıdır. Pik saatlarda monitorinq aparılmasına ehtiyac var. Axının tənzimlənməsi üçün bu məqsədəuyğun olar. Eyni zamanda tıxacların qarşısını almaq üçün reversiv işıqforlara ehtiyac var. Qanunvericilikdə nəzərdə tutulsa da, tələb olsa da, təəssüf ki, reallıqda tətbiq olunmur. Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılmasının tıxaca heç bir xeyri olmayacaq. Sərnişinləri mindirib-düşürənə qədər avtobuslar gözləməyə məcbur olacaqlar. Ümid edək ki, qəzalar olmayacaq. Məsələn, yolda 3 zolaq varsa, avtomobillər tıxacda dayanan zaman avtobuslar sürətlə keçib gedir. Halbuki, belə olmamalıdır. Bu, piyadalar üçün risk yaradır”.
Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, avtobus zolaqlarının olduğu, nəqliyyat baxımından konflikt yaşanan bütün ərazilərdə bu tip həll yolları tətbiq olunmalıdır:
"Axşam saatlarında daha bir belə məntəqənin yaradıldığının şahidi olduq. Bu məntəqə Yusif Səfərov küçəsində, Neftçilər xəstəxanasının qarşısında yerləşir. Həmin ərazidə yalnız taksilərə deyil, digər minik avtomobillərinə də sərnişin mindirib-düşürməyə icazə verilir. Qeyd edim ki, orada dayanma və durma tam qadağandır. Sadəcə sərnişin mindirib-düşürmək məqsədilə qısa müddətli, təxminən 3 dəqiqəyə qədər dayanmağa icazə verilir. Belə məntəqələrə şəhərin digər hissələrində də ehtiyac var - xüsusilə 20 Yanvar dairəsi ətrafında, Ziya Bünyadov prospektində və digər əsas yollarda. Eyni zamanda avtobus zolaqlarının problem yaratdığı əsas küçələrdən biri də Neftçilər prospektidir. Bu ərazilərdə də oxşar məntəqələrin yaradılması vacibdir”.
Ekspert qeyd edib ki, demək olar ki, Bakıda avtobus zolağı olan bütün ərazilərdə taksi sürücüləri və digər minik avtomobili sahibləri çətinlik çəkirlər:
"Taksi sürücüləri zolağa daxil olub sərnişin götürməyə tərəddüd edirlər. Bəziləri ikinci zolaqda dayanaraq sərnişin mindirir və ya düşürür ki, bu da ciddi təhlükə yaradır. Çünki avtobus zolağına daxil olduqda sürücülər 100 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Digər zolaqda dayananda isə bu, 80 manat və yenə 2 bal ilə cəzalandırılır. Bu vəziyyət nə sərnişinlər, nə də sürücülər üçün uyğun deyil. Biz bu mövzuya dəfələrlə toxunduq, aidiyyəti qurumlara təkliflərimizi verdik. Nəhayət, AYNA bu məsələni nəzərə aldı və icrasına başladı. Sevindirici haldır ki, bu proses artıq başlayıb”.
Xəbərin oxunma sayı : 217
Sosial
Xəbərlər
-
İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
-
Azərbaycanda Milli Qurtuluş Günüdür qeyd olunur
-
Bəzi tibb müəssisələrinin avadanlıqları yenilənəcək - 7 milyon ayrıldı
-
“İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz“ - Tramp
-
Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın maraqlı ifası - Video
-
Yerli avtomobillərə maraq azalıb - Səbəb nədir?
-
“Kainat“ kafesi Yasamal rayon sakinlərini təngə gətirib - VİDEO
-
Təzə qarpız yükünün altından yüzlərlə kiloluq narkotik necə tapılıb? - VİDEO
-
“İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər“ - Çin XİN
-
Putin Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu tədiqləyib - İyunun 22-dən sonra
-
Kərə yağı yenə bahalaşacaq: Görün neçəyə olacaq
-
Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri
-
Ərdoğan İlham Əliyevə zəng edib - İsrailin İrana hücumu müzakirə olunub
-
İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib - SƏBƏB
-
Azərbaycanlı aktrisa boşana bilmir: “Üçüncü həyat yoldaşıyam...“
-
“İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb“ - Zelenski
-
Tibb məntəqələrinə görə xəstəxana rəhbəri cərimləndi - Vüqar Qurbanov problemi həll etmir?
-
Sabahdan ödənişsiz çimərliklər fəaliyyətə başlayır - FOTOLAR
-
“İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar mənasızdır“ - İran XİN
-
Ad və soyadda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
-
Ceyhun Bayramovla Hakan Fidan danışdı - Nələr müzakirə olunub?
-
Binə qəsəbəsində narkotacir saxlanıldı - FOTO
-
Vəhdət Partiyasının növbədənkənar qurultayı keçirilib - Adəm İsmayıl Bakuvi sədr seçildi
-
Nazir onların “Son zəng”ində iştirak etdi - FOTOLAR
-
17 yaşlı Umud 51 yaşlı qohumunu toyda niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Azərbaycan və İran XİN rəhbərləri danışdı - Nələr müzakirə olunub?
-
Bank kartlarından oğurluq edildi - MƏBLƏĞ
-
“Zümrüd Residence“də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü
-
ABŞ Rusiya neftinin qiymət tavanının azaldılmasını dəstəkləmir - “Bloomberg“
-
Jurnalistlərin övladları məzun oldu - FOTOLAR
-
Sahil Babayevdən daha bir təyinat - Elnur İbrahimov da yola salındı
-
İsrail İranın 9 nüvə alimini öldürüb - ADLAR
-
Ermənistanın sabiq baş naziri ev dustaqlığına alındı - milyonlarla bağlı ittihamlar
-
Birinci sinfə neçə uşaq qəbul olunub? - Açıqlandı
-
İsrailin zərbəsindən sonra bina uçdu - 60 sakin öldü
-
Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur - Hikmət Hacıyev
-
Bu müəllimlərin maaşı artacaq - RƏSMİ
-
İsrail İranın daha 2 generalını öldürüb - Rəsmi açıqlama
-
Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ!
-
Beyləqanda bazar yandı - 13 nəfər tüstüdən zəhərləndi
-
Təl-Əvivdə böyük dağıntılar var - FOTOLAR
-
Bulvarda dənizə düşən şəxs belə xilas edildi - VİDEO
-
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
-
İran bu ölkələri vuracağını bəyan etdi - “Yeni hədəflərə çevriləcəklər...“
-
Cənub sərhədlərində radiasiya çirklənməsi aşkar edilmədi - Rəsmi
-
“ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb“ - XİN
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA
-
Zərbələrdən sonra Təl-Əvivdə yaşayış binası çökdü - VİDEO
-
İranın uranı 60 faizə qədər zənginləşdirdiyi zavod məhv edilib - MAQATE
-
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
-
“Xoşbəxt deyiləmsə, heç kim sevinməsin” - İradə İbrahimova
-
SEPAH “Əsl vəd-3” əməliyyatına başlandığını elan etdi - VİDEOLAR
-
İki İsrail qırıcısı vuruldu - İsrailin qadın pilotu əsir götürüldü
-
Xətai sakinləri tullantı qablarının çoxluğundan şikayət edir - VİDEO
-
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
-
“İsrailin hücumu cavabsız qalmayacaq“ - Xamenei xalqa müraciət etdi
-
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
-
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? - DSX-dan açıqlama
-
İcra Hakimiyyəti 22 km-lik yolun işıqlandırılması layihəsinə 131 min xərcləyəcək - TENDER
-
Məşhur İran generalının öldürüldüyü xəbəri yayıldı - Qasim Süleymaninin varisi idi
-
Türk iş adamına məxsus taksi şirkətinin vergi borcu var - Külli miqdarda
-
Dişləyərək qulağını qoparıb - Qohumların torpaq davasının TƏFƏRRÜATI
-
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
-
“İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir“ - Tramp
-
“Space TV”yə xəbərdarlıq edildi - “Maşa və ayı”ya görə
-
“Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur” - Hikmət Hacıyev
-
Agentlik bir daha xəbərdarlıq etdi - “Son zəng“lə bağlı
-
İsrail İranın bu şəhərlərini də bombalayıb - 78 nəfər həlak olub, 329 nəfər yaralanıb
-
Bu rayonda xəstəxana tikilir - Layihəsi 597 minə hazırlanacaq
-
Komitənin 18,6 minə ofis icarəyə götürdüyü Günel Abdullayeva kimdir?
-
Paytaxtın bu yolları iki gün bağlı olacaq - SİYAHI
-
“Toyda heç kimə bakal atmamışam” – Kəmalə Günəşli
-
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - FOTOLAR
-
Hikmət Hacıyev Çexiya rəsmiləri ilə görüşdü - FOTO
-
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - Vüqar Kərimov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan
-
Xəstəxanalarda qiymətlər bahalaşıb - Dövlət Statistika Komitəsi
-
Bir manata görə “parkovşik“lər dalaşdı: Birinin çənəsi sındı
-
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
-
“Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik“ - Paşinyan
-
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
-
“İran nüvə sazişi şansından istifadə etmədi“ - Tramp
-
Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
-
“Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!“ - Deputat
-
“Sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq“ - Pezeşkian
-
Daxili İşlər Nazirliyindən “Son Zəng”lə bağlı MÜRACİƏT
-
Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR
-
“İsrail bütün qırmızı xətləri keçib“ - Baş Qərargah
-
“Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb“ - Sahil Babayev
-
Bank kartlarının talanmasına qarşı mübarizə ilə bağlı YENİ QANUN
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
-
İsrail yüzlərlə hərbçi yığır: Xamenei qisas əmri verdi
-
“Temho Pool” MMC-nin vergi borcu yaranıb - 115 min manat
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
TOP 10
ARXİV