![]() |
|














Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
Tarix 13.06.25, 8:12 |
|

Həmin gün Naxçıvandan Bakıya qayıdışı ilə müstəqilliyimizi əbədiləşdirən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarı olduğunu təsdiqlədi
Azərbaycanın dövlətçilik tarixində həyati əhəmiyyətli sınaqlar çox olsa da 1993-cü ilin iyun hadisələri mürəkkəbliyi ilə fərqlənir. Xalqımızın həyatında silinməz izlər buraxan, AXC-Müsavat iqtidarının səbatsızlığı üzündən respublikanı uçuruma aparan Gəncə hadisələri müstəqilliyimiz üçün böyük təhlükə yaratdı. Ölkəni büyüyən xaos içərisində çabalayan xalq 4 iyunda Gəncədə başlayan qiyamın həyacanını yaşadı. Korpus komandiri Surət Hüseynovun AXC-Müsavat iqtidarına ünvanlanan hədə- qorxusu, "dar ağacı" ultimatumu ölkədə hakimiyyətsizlik şəraiti yaratmışdı. AXC-Müsavat iqtidarında yüksək mövqe tutan İsa Qəmbər- Əli Kərimli- Surət Hüseynov üçlüyü arasındakı qarşıdurmalardan yaranan Gəncə qiyamı Azərbaycanın məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. Hakimiyyətə gəlmək istəyən korpus komandiri Surət Hüseynovun xəyanəti, AXC-Müsavat cütlüyünün səriştəsizliyi, imperialist qüvvələrin strateji maraqları, ölkə rəhbərlərinin xəyanəti üzündən baş verən qiyam Azərbaycanın müstəqillik tarixinə qara hərflərlə yazıldı. Yaranan xaos vəziyyətindən istifadə edən, Azərbaycanın müstəqilliyinə hər vasitə ilə mane olmağa çalışan xarici dairələrin emissarları ölkədə qarışıqlıq yaratmaq üçün təxribatlar törədir, Ermənistanın Azərbaycan torpaqlarını asanlıqla işğal etməsi üçün bilərəkdən şərait yaradır, insanları təşvişə salırdılar. "Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır." O dövrdə yaranmış hərc-mərcliyi bu sözləri ilə ifadə edən Prezident İlham Əliyev 9 iyun 1993-cü il tarixini Ulu Öndərin xilaskarlıq missiyasının bağlanğıc mərhələsi adlandırır.
O dövrdə baş verənləri bir daha xatırlayaq. Vəziyyət həqiqi mənada dözülməz idi. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. "Siyasət dəllarlarının" xəyanətləri insanlardan gizlədilir, dövlət sirləri erməni kəşfiyyatçılarına çatdırılır, döyüşə gedən əsgərlərimiz arxadan vurulur, topraqlarımız ayrı-ayrı partiyalara, şəxslərə xidmət edən silahlı dəstələr arasında başlanan intriqaların qurbanına çevrilir, təcavüzə məruz qalırdı.
Bakıda baş verənləri narahatlıqla izləyən və ölkəni uçuruma aparan vəziyyətin fəlakətlə nəticələnəcəyini uzaqgörən siyasəti ilə dərk edən Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında vəziyyət geniş təhlili olundu və hadisəyə münasibət bildirildi. "İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, Faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik" söyləyən müdrik şəxsiyyət Heydər Əliyev dahi siyasətçi, təcrübəli dövlət başçısı kimi xalqı birliyə çağırdı. İnsanlar başa düşürdülər ki, Azərbaycanda gərginliyin səbəbi tək Qarabağ münaqişəsi deyil, ölkədə vətəndaş müharibəsi üçün qığılcım həm də Gəncə hadisələridir. Azərbaycanın müstəqilliyinin itirilməsinin hansı faciələrlə nəticələnəcəyini muxtar respublika əhalisi də aydın başa düşürdü. Amma Ulu Öndər Heydər Əliyevin həyatına növbəti təxribatın, qəsdin olacağından ehtiyatlanan naxçıvanlılar xilaskarlarından ayrılmaq istəmirdilər. Amma təhlükədə olan Azərbaycanın müstəqilliyi idi.
9 iyun 1993-cü ildə paytaxta gələn Heydər Əliyev parlamentdə çıxış edərək bildirdi ki, əsl vəziyyəti öyrənmək üçün hadisə yerində olmalıyam. Belə də oldu. Canından artıq sevdiyi Azərbaycanı bəladan qurtarmaq üçün bütün mümkün variantlardan zəkasına güvənərək istifadə edəcəyini bildirən Ulu Öndər ən düzgün yolu seçdi.
Gəncədəki görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında el ağsaqqalı , müdrik siyasətçi kimi, açıqlama verən Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: " Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə , danışıqlar yolu ilə həll olunmalıdır."
Azərbaycanın tarixinə qurtuluş günü kimi yazılan həmin sessiyada deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyizin əbədiliyinin təməli qoyuldu.
"Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının mütəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" söyləyən , daim xalqa arxalanan Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. Reallıq isə bu idi ki, o günlərdə Ulu Öndər Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasaydı dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.
Bu hadisədən üç gün sonra, iyunun 18-də Azərbaycan xalqı eşitdiyi xəbərdən şoka düşdü: Azərbaycan Prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə Bakını tərk edərək doğma kəndi Kələkiyə gedib. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə olunmalı idi. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu.
Beləliklə, cəmi üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.
Elçibəyə vəzifəsini davam etdirmək üçün müraciət edildi. Eyni zamanda, Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənin ali maraqları naminə hərbi qarşıdurmaya son versin. Ölkənin tanınmış şəxsiyyətlərinin, ziyalıların təmsil olunduğı bir qrup Kələkiyə göndərildi. Elçibəy isə "Azərbaycanı Kələkidən idarə edəcəyəm" cavabı ilə Bakıya dönməkdən imtina etdi.
Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyimizin qarantı Heydər Əliyevə tapşırıldı.
O zaman Ulu Öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etmişdi: " Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm."
Beləcə 29 avqust 1993-cü ildə Azərbaycanda Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə Heydər Əliyevə etimad göstərdi
Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider Heydər Əliyev dərin zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu göstərdi. Azərbaycanın inkişaf yolu, dünya iqtisadiyyatına inteqrasiyası 15 İyun- Milli Qurtuluş Gününə aparan 9 iyun 1993-cü ildən başlandı. Uğurla davam edən Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövru dövlətçilik tariximizə xlaskarlıq missiyası kimi yazıldı.
2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edən Ulu Öndər bu missiyasını, xalqın taleyini dövlətçiliyin qorunmasını özü kimi inandığı siyasi davamçısı cənab İlham Əliyevə etibar etdi. Bu inamı doğruldan, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuraraq torpaqlarımızı işğaldan azad edən, ona həvalə olunan məsuliyyəti doğrultduğunu, bu əminliyi xalqda yaradan, suverenliyimizin qarantı Ulu Öndər Heydər Əliyevə raport verən dövlət başçımızın "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" sözləridir. Cənnətə çevrilən Şərqi Zəngəzurun, Qarabağın hər kəsi heyrətləndirən müasir simasıdır. İnşa olunan şəhər və kəndlərdir. İstifadəyə verilən Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarıdır. Çəkilən yollar, salınan körpülər, tunellərdir. Şuşada, Xankəndidə üçrəngli bayraqlarımız altında keçirilən möhtəşəm tədbirlərdir. Azərbaycanın təşəbbüsü, müəllifliyi ilə reallaşan, dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən qlobal layihələrdir. Ölkəmizin Orta Dəhliz kimi beynəlxalq layihələrdə söz sahibinə çevrilməsidir.
Göründüyü kimi, Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycanı daha böyük uğurlara aparır. Bu siyasət sabahkı zəfərlərimizin də etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti Azərbaycan xalqının birliyi, dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin daha da möhkəmlənməsinə, uğur diplomatiyasının qələbəsinə xidmət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğudur. "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" deyən Ümummilli Lider Heydər Əliyevin daim yaşayan əməlləridir.
Ağadadaş Həsənov
Xəbərin oxunma sayı : 292
Sosial
Xəbərlər
-
Cənub sərhədlərində radiasiya çirklənməsi aşkar edilmədi - Rəsmi
-
Zərbələrdən sonra Təl-Əvivdə yaşayış binası çökdü - VİDEO
-
İranın uranı 60 faizə qədər zənginləşdirdiyi zavod məhv edilib - MAQATE
-
“ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb“ - XİN
-
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
-
“Xoşbəxt deyiləmsə, heç kim sevinməsin” - İradə İbrahimova
-
SEPAH “Əsl vəd-3” əməliyyatına başlandığını elan etdi - VİDEOLAR
-
İki İsrail qırıcısı vuruldu - İsrailin qadın pilotu əsir götürüldü
-
Xətai sakinləri tullantı qablarının çoxluğundan şikayət edir - VİDEO
-
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
-
“İsrailin hücumu cavabsız qalmayacaq“ - Xamenei xalqa müraciət etdi
-
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
-
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib? - DSX-dan açıqlama
-
İcra Hakimiyyəti 22 km-lik yolun işıqlandırılması layihəsinə 131 min xərcləyəcək - TENDER
-
Məşhur İran generalının öldürüldüyü xəbəri yayıldı - Qasim Süleymaninin varisi idi
-
Türk iş adamına məxsus taksi şirkətinin vergi borcu var - Külli miqdarda
-
Dişləyərək qulağını qoparıb - Qohumların torpaq davasının TƏFƏRRÜATI
-
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
-
“İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir“ - Tramp
-
“Space TV”yə xəbərdarlıq edildi - “Maşa və ayı”ya görə
-
“Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur” - Hikmət Hacıyev
-
Agentlik bir daha xəbərdarlıq etdi - “Son zəng“lə bağlı
-
İsrail İranın bu şəhərlərini də bombalayıb - 78 nəfər həlak olub, 329 nəfər yaralanıb
-
Bu rayonda xəstəxana tikilir - Layihəsi 597 minə hazırlanacaq
-
Komitənin 18,6 minə ofis icarəyə götürdüyü Günel Abdullayeva kimdir?
-
Paytaxtın bu yolları iki gün bağlı olacaq - SİYAHI
-
“Toyda heç kimə bakal atmamışam” – Kəmalə Günəşli
-
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - FOTOLAR
-
Hikmət Hacıyev Çexiya rəsmiləri ilə görüşdü - FOTO
-
Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq - Vüqar Kərimov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Netanyahu və onun qətliam şəbəkəsi...“ - Ərdoğan
-
Xəstəxanalarda qiymətlər bahalaşıb - Dövlət Statistika Komitəsi
-
Bir manata görə “parkovşik“lər dalaşdı: Birinin çənəsi sındı
-
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
-
“Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik“ - Paşinyan
-
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir? - İDDİA
-
“İran nüvə sazişi şansından istifadə etmədi“ - Tramp
-
Arayik və digərlərin məhkəməsi davam edir - İttihamlar təsdiqlənir
-
“Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!“ - Deputat
-
“Sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq“ - Pezeşkian
-
Daxili İşlər Nazirliyindən “Son Zəng”lə bağlı MÜRACİƏT
-
Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR
-
“İsrail bütün qırmızı xətləri keçib“ - Baş Qərargah
-
“Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb“ - Sahil Babayev
-
Bank kartlarının talanmasına qarşı mübarizə ilə bağlı YENİ QANUN
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
“Əhməd kimi bütün ailəni öldürəcəm...” - 18 yaşında ana olan Mədinə amansızlıqla qətl edildi
-
İsrail yüzlərlə hərbçi yığır: Xamenei qisas əmri verdi
-
“Temho Pool” MMC-nin vergi borcu yaranıb - 115 min manat
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
-
“Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir“ - Nazirlik
-
AQTA-nın “rədd etdiyi“ məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ
-
Bu şəxslərə 2200 manat veriləcək - SİYAHI
-
İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi - RƏSMİ
-
Əlilliyə görə müavinətlər bu qədər artırıldı - YENİ MƏBLƏĞLƏR
-
Bakıdakı məşhur kafe 3 milyona satışa çıxarıldı - FOTO
-
Piknik etmək olmaz! - Bakı sakinlərinə 100 manatlıq yay QADAĞAS
-
Azərbaycanda sosial müavinətlər artırıldı - FƏRMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi - Yalnız bir quruça rəis təyin edildi
-
“Kupça” sabotajı nə vaxt bitəcək? - Deputat problemdən danışdı
-
Tibb məntəqəsinin müdiri cərimə edildi - Dələduzluğa görə
-
Prezidentdən Şahin Mustafayevlə bağlı sərəncam - DOSYE
-
“Bulanıq suda öz balıqlarını tutmağa çalışırlar“ - DİM sədri gileyləndi + VİDEO
-
Avtobus zolaqlarında maşınlara minib-düşə biləcəyik - VİDEO
-
Qısamüddətli leysan və 37°-dək isti olacaq - Sabahın havası
-
Polşa millisinin baş məşqçisi istefa verdi - Levandovskiyə görə
-
Azərbaycanda banklar reklama 100 milyon pul xərcləyiblər - Tam siyahı
-
Bakıda məşhur baxıcı həbs edildi - “800 manata “ceyran göbəyi“ alıb ...“
-
Prezident Bakıda yeni zavodun açılışında iştirak etdi - FOTOLAR
-
Şöbə müdiri xəstəxanada ad günü keçirdi - İşdən qovuldu
-
Göyərtəsində 242 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO
-
Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı
-
Xaricdə oxuyan daha 52 nəfərin diplomu tanınmadı - Açıqlama
-
Bu terminallarda ödənişlər dərhal dayandırılmalıdır - Mərkəzi Bank
-
İran istənilən səviyyədə müharibəyə hazırdır - SEPAH
-
AccessBank dollardan “doyub“ - Depozit faizlərini kəskin azaltdı
-
“Bakılı Qız” dondurmasında görün nə çıxdı - VİDEO
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
-
“Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
-
Sosial şəbəkədə dələduzluq edən şəxs SAXLANILDI
-
Prezidentdən iclas iştirakçılarına - Müraciət
-
İsrail İrana qarşı əməliyyata hazırlaşır: Cavab tədbirləri müzakirə edilir
-
Əhalinin diqqətinə: 960 manat veriləcək
-
Azərbaycanda işıq pulu belə hesablanacaq - Yeni tarif tətbiq ediləcək
-
İran nüvə silahı yaratmaq üzərində fəal işləyir - Respublikaçı senator
-
264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün pul istənildiyi iddia olunur – VİDEO
-
Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?
-
Aygün Kazımova hindli qadın obrazında - FOTOLAR
-
Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir - Zelenski
-
201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi:“Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı
-
Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur - VİDEO
-
“R+C-TRANS“ MMC əmək hüququnu pozub - 20 min cərimələndi
-
Üç uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər - VİDEO
-
Tehranla razılaşmanın olacağına əminliyim azalıb - Tramp
TOP 10
ARXİV