![]() |
|














NATO-nun iki nəhəngi üz-üzə: ABŞ və Fransa arasında diplomatik qalmaqal
Tarix 06.09.25, 18:38 |
|

NATO-nun iki müttəfiq dövləti - Fransa və Birləşmiş Ştatlar arasında münasibətlər gərginləşib. Fransada antisemitizm hallarının artması və hökumətin müvafiq addımlar atmaması ABŞ-də narahatlıq yaradıb. İş o yerə çatıb ki, ABŞ Prezidenti Donald Trampın qudası, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner bununla bağlı narahatlığını məktubla ifadə edib. Amerikalı diplomat Fransa prezidenti Emmanuel Makronu antisemitizmlə mübarizə üçün kifayət qədər səy göstərməməkdə günahlandırıb. Səfir qeyd edib ki, Fransanın Fələstinin müstəqilliyini tanıyacağını bəyan etməsi "ekstremistləri həvəsləndirir və zorakılığı qızışdırır". Kuşner əlavə edib ki, antisemitizm uzun müddətdir Fransa həyatını kölgələyir, 2023-cü ildə HƏMAS-ın hücumundan sonra isə yeni mərhələyə qədəm qoyub. "Fransada yəhudilərin küçədə hücuma məruz qalmadığı, sinaqoq və məktəblərin təhqir edilmədiyi və yəhudilərə məxsus müəssisələrə hücum olmayan bir gün keçmir. Sizin Daxili İşlər Nazirliyiniz, hətta uşaq bağçalarında da belə insidentlər barədə məlumat verib", - deyə Kuşner iddia edib. O, Makronu "qətiyyətlə hərəkət etməyə", "pozucuları təqib etməyə" və "HƏMAS-a legitimlik verən addımlardan imtinaya" çağırıb.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Kuşnerin ittihamları "qəbuledilməz" adlandırılıb
Fransa Xarici İşlər Nazirliyinin məktuba cavabı sərt olub. Nazirlik Kuşnerin ittihamlarını "qəbuledilməz" adlandırıb. Kuşner Fransa Xarici İşlər Nazirliyinə çağırılıb, lakin Parisdə olmadığını bəhanə edərək, ora getməyib. Xarici siyasət idarəsinə iradları dinləmək üçün daha aşağırütbəli amerikalı diplomat gedib. Fransa XİN bildirib ki, ABŞ səfiri ölkənin daxili işlərinə qarışır və bununla Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur.
Keçmiş vəkil və tikinti maqnatı, multimilyoner
Qeyd edək ki, Kuşner karyera diplomatı deyil. O, keçmiş vəkil və tikinti maqnatı, multimilyoner, ən əsası, ABŞ Prezidenti Donald Trapmın qudasıdır. Onun oğlu Trampın qızı İvanka ilə evlidir. İvanka 2009-cu ildə toydan az əvvəl iudaizmi qəbul edib.
Tramp Kuşneri 30 noyabr 2024-cü ildə ABŞ-nin Fransadakı səfiri vəzifəsinə təyin edib. O, qudasını "parlaq biznesmen" adlandırıb və onun "ABŞ və Fransa arasında tərəfdaşlığı gücləndirmək üçün" Parisə getdiyini bildirib. Yəni Kuşner təkcə ABŞ-nin Fransadakı səfiri kimi deyil, həm də Tramp ailəsinin üzvü kimi tanınır. Ağ Ev başçısının ilk prezidentlik müddəti ərzində Kuşner Trampın baş müşaviri vəzifəsini tutub və ABŞ-nin Yaxın Şərq siyasətini müəyyən edib.
Dövlət Departamenti səfirin mövqeyini müdafiə edib
ABŞ Dövlət Departamenti səfirin mövqeyini müdafiə edib. Kuşner "milli maraqlarımızın təşviqi üçün böyük iş görür", - deyə Dövlət Departamentinin mətbuat katibi müavini Tommi Piqott bildirib.
Diplomatın bəyanatlarının Dövlət Departamenti tərəfindən açıq şəkildə dəstəklənməsi Fransa-ABŞ münasibətlərindəki problemləri daha da ağırlaşdırır və iki ölkənin hakimiyyətlərinin təkcə antisemitizm probleminin qiymətləndirilməsində deyil, digər məsələlərdə də fikir ayrılığı olduğunu göstərir. Əsas fikir ayrılıqlarından biri Yaxın Şərqdəki müharibənin qiymətləndirilməsidir. Fransa Fələstinin bütün Aİ ölkələri tərəfindən tanınması hərəkatının ön sıralarında durur və İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin Qəzza sektorundakı hərəkətlərini fəal şəkildə pisləyir. Yəhudilərin çox güclü olduqları ABŞ üçün bu, qəbuledilməz mövqedir. Tramp və Makron Rusiya-Ukrayna münaqişəsinə münasibətdə də fikir ayrılığına malikdirlər.
Fransa yəhudilərə qarşı cinayətlərin azaldığını açıqlayıb
Fransa Daxili İşlər Nazirliyi isə bu il yəhudilərə qarşı cinayətlərin 27.5% azaldığını bildirib. Antisemit fəallığının artması 2023-cü il 7 oktyabrdan - Yaxın Şərqdə müharibə başlayandan müşahidə olunur. Fransada Avropanın ən böyük yəhudi icması (təxminən yarım milyon insan) və ərəb ölkələrindən milyonlarla mühacir var. Fransa hakimiyyəti antisemitizmlə mübarizə üçün göstərdikləri səylərin kifayət qədər olmadığını düşünmür. Hüquq-mühafizə orqanları səfirin vəziyyəti həddindən artıq şişirtdiyi qənaətindədir. DİN-in məlumatında qeyd olunur ki, "2023-cü ildən bəri Fransada yudofobiya (antisemitizm) zəminində bir dənə də qətl törədilməyib, ABŞ-də isə eyni dövrdə bu cür cinayətlər dəfələrlə baş verib.
ABŞ-Fransa münasibətlərində ciddi ziddiyyətlər
Ehtimal ki, Kuşnerin bəyanatı qarşıdakı hadisələrlə əlaqəlidir. Fransa prezidenti sentyabrda BMT Baş Assambleyasında ölkəsinin Fələstinin müstəqilliyini tanıdığını elan etmək niyyətindədir. Baş verənlər ABŞ-Fransa münasibətlərindəki ciddi ziddiyyətləri üzə çıxarıb. Əgər dünya siyasətinin ən vacib məsələləri - İsrail və Ukrayna ilə bağlı anlaşma əldə edilməzsə, müttəfiq ölkələr arasında tam diplomatik böhran baş verə bilər.
Fransa, çox güman ki, ABŞ səfirinin geri çağırılmasını tələb etmək əvəzinə, ayrı-ayrı radikal müsəlmanların hərəkətlərinin Parisin rəsmi mövqeyinə uyğun olmadığını sübut etməyə çalışacaq. Lakin belə görünür ki, yaxın gələcəkdə ABŞ-Fransa münasibətlərindəki gərginlik artmaqda davam edəcək.
Xəbərin oxunma sayı : 1138
Analiz
Xəbərlər
-
“Hindistan Rusiya neftindən imtina etməsi üçün şərtini açıqlayıb“ - “Bloomberg“
-
Bədən şəkilləndirmədən sonra bədəni çürüyür - “Əslində həkim yox, aşpaz imiş“ - VİDEO
-
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
“Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq“ - Azərbaycan Prezidenti
-
Manvel Qriqoryanın etirafları məhkəmədə... - Fotolar
-
Azərbaycanda atalıq məzuniyyətinə nə qədər pul ödəniləcək? - VİDEO
-
E-Polis mobil tətbiqində yenilik - VİDEO
-
“Münaqişənin dondurulmasına çalışdılar” - İlham Əliyev
-
Hibrid avtomobillər Azərbaycana neçəyə gətirilir? - Tam saiyahı
-
“Türkiyə ABŞ-dən “F-16“ və “F-35“ qırıcıları almaq istəyir“ - “İstədiyini alacaq...“
-
Prezident BMT-dən dünyaya səsləndi - VİDEO
-
Mesajlar tərcümə ediləcək − “WhatsApp”dan yenilik
-
Ebru Gündeş boşanmaq qərarına gəlib - Dördüncü dəfə
-
Ağsu RİH-də 14 minlik cari təmir - İşləri həyata keçirən şirkət kimindir?
-
Bakıda gecə klubunda soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
-
Əli Həsənovun kürəkəni Avropanı “satın alır“ - Yaxta şirkəti,klinika, pansionat, otellər...
-
“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” - 8 il həbs verildi
-
“HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar“ - Mahmud Abbas
-
Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb - FOTOLAR
-
Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qərar verildi - Nələr olacaq?
-
“Müharibə bitdikdən sonra istefa verməyə hazıram” - Zelenski
-
“Tikintini aparanların məsuliyyətsizliyidir, cəzalarını almalıdırlar” - Deputat
-
Parlamentin payız sessiyası başlayır - Gündəlikdə 12 məsələ var
-
“Qarabağ” bilet qiymətlərini xeyli artırdı - QİYMƏTLƏR
-
Azərbaycanlılara qarşı cinayətlərlə bağlı etiraf: Onları terrora məruz qoyurduq
-
Tanınmış türk iş adamından azərbaycanlı assistentinə ittihamlar - “Pulumu sevgilisinə xərclədi”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi - İş məhkəməyə getdi
-
Temperatur 8 dərəcə enəcək: Leysan, şimşək, sulu qar...
-
“Amerikalılar bunu yadda saxlamalıdırlar” - Medvedev hədələdi
-
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
-
Əli Əsədov nazirləri iclasa çağırdı: nələr müzakirə olunub?
-
Eks-məmurun oğlu gəlir yerini gizlədir - Hamının qarşısında danışmadı
-
Son 6 ildə restoranlarda nə qədər xərcləmişik? - CƏDVƏL
-
“Avant Group“un 3 əməkdaşı saxlanıldı - SƏBƏB/VİDEO
-
Yağış yağacaq, güclü külək əsəcək - Sabahın havası
-
Müğənninin bağ evindən 20-30 min manatlıq qızılları oğurlandı - VİDEO
-
Kanalizasiya suları içində qalan Sulutəpə sakinləri - Problem niyə həll olunmur?
-
Netanyahunun ABŞ səfəri kabusa çevrildi - Fransa hava məkanına buraxmadı
-
Bakıdan Ağdama avtobusla da gedə biləcəyik - Cəmi 13,90 AZN-ə...
-
Adnan Əhmədzadənin Dubayda 67 milyonluq dəbdəbəli mənzili - FOTO
-
Nazirlik Xankəndidəki regional bölmənin binasını 820 minə təmir etdirir - Müqavilə
-
“İran kəşfiyyatı İsrailin hərbi mərkəzlərinə dair gizli məlumatlar əldə edib“ - Nazir
-
Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm
-
Bakıda daha 5 stansiya tikiləcək - Ünvanlar
-
Onların bazarlarda fəaliyyətinə qadağa qoyulacaq - VİDEO
-
Küçələrdə satılan 5 manatlıq qoz hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
“Bakı Metropoliteni“ndə daha iki nəfərə vəzifə verildi - Dəyişiklik
-
80 yaşlı kişilər arasında zarafata yer yoxdur - Braziliya prezidenti
-
“Eurolux”un rəhbəri evini satdı - 289 min manatı işçisi ələ keçirdi
-
Sakinləri kirayələrdə süründürən tikinti şirkəti: Bina beş ildir təhvil verilmir
-
Fəxri Kazımov nə qədər pul qazanıb? - Rəqəmlər
-
“Putini dayandırmaq indi daha ucuzdur” - Zelenski
-
Beyləqanda şəhid Munis Abbaslı küçəsində asfaltlanma işləri yekunlaşdı - Fotolar
-
“Netanyahunun İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəm“ - Tramp
-
Azərbaycan və Maldiv arasında viza rejimi ləğv edilir - Saziş imzalandı
-
Xırdalan 5 saylı tam orta məktəbdə Müəllimlər Günü ilə bağlı pul yığılır? - VİDEO
-
Mehriban Əliyeva qızları ilə Nyu-Yorkda xüsusi sessiyada - Fotolar
-
“Fənərbaxça” Avroliqaya məğlubiyyətlə başladı - Gecənin nəticələri
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Torpaq sahəsi almaq istəyənlərin nəzərinə: Hərrac keçiriləcək
-
İmişlidə toyda zəhərlənənlərin sayı 53 nəfərə çatdı - Araşdırma aparılır
-
AzTV Adnan Əhmədzadədən süjet hazırladı - VİDEO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyev Nyu-Yorkda görüşlər keçirir - FOTOLAR
-
Pulunu ödəyiblər, lakin mənzilləri təhvil verilmir - “Şərq İnşaat“dan şikayət
-
Qusarda sel ilə gələn lil yollara dolub, hərəkət çətinləşib - VİDEO
-
“İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymayıb“ - Pezeşkian
-
Paytaxtın 280 saylı məktəbdə təmir üçün pul yığılır? - VİDEO
-
“Tesla”da robot işçiyə xəsarət yetirib - 51 milyon dollar təzminat istəyir
-
Laçın və Qubadlıda 40 min hektar ərazidə park salınacaq - Vüqar Kərimov
-
Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə kimi artacaq - Proqnoz
-
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
-
Kredit ödənişi ilə bağlı başqa ölkələrin təcrübəsi Azərbaycanda niyə tətbiq edilmir? - VİDEO
-
Nazirlik Arenanı 3 günlük icarəyə götürür - 127 min ödəyəcək
-
“Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib“ - Antiinhisar Agentliyi
-
“Şoşo“ klubda səs-küy saldı - Cərimə edildi
-
Bakıda maaşlar 90 qəpik artıb - Rəsmi məlumat
-
“İranın bir vaxtlar Livana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir“ - Zelenski
-
Sumqayıtda şok olay: 15 yaşlı uşaq 51 yaşlı kişini bıçaqlayıb
-
“Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə kimi artmaqda davam edəcək“ - “The Economist“
-
Lerikdə 400 minlik təmir - Layihəni vergi borcu olan şirkət icra edəcək
-
Moldova rusiyalı müşahidəçiləri seçkiyə buraxmadı - Kreml etiraz edir
-
Naxçıvanda Arzuya çevrilən koreyalı şagird Kim Samonq: “Buraları sevirəm“
-
Ucardan Bakıya gəldi, “Marani“nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı
-
“Sizinlə, həqiqətən, fəxr edirəm, çox gözəl insansınız“ - Trampdan İlham Əliyevə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Trampın adından təşkil olunan rəsmi qəbulda - Fotolar
-
Maaşlar növbəti ildən artacaq? - AÇIQLAMA
-
Siqaret çəkmək adı ilə məhkəmədən qaçdı - Meyiti tualetdə tapıldı
-
Nənəsinə görə bu xəstəxanada dava saldı - Həbs edildi
-
Ən çox hansı ölkələr avtomobil istehsal edir? - SİYAHI
-
Kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi
-
Bu ərazidə avtomobil saxlayan sürücülərin NƏZƏRİNƏ - 40 manat cərimə oluna bilərsiniz
-
İrandan Rusiyaya kahı aparan yük maşınında 29 kq marixuana aşkarlanıb - VİDEO
-
Mansur Piriyevə yeni vəzifə verildi - Yerinə də İlkin Kərimov gətirildi
-
Canlı efirdə gərgin anlar: Arzu Qarabağlı ilə Manaf Ağayev üz-üzə gəldi (VİDEO)
-
“İran heç vaxt bizim tərəfimizdə olmayacaq“ - Zelenski
-
Bazarlarla bağlı qanunvericiliyə dəyişiklik edilir - Sahibkarları nə gözləyir?
-
Aeroportda taksilərə qoyulan qadağa Konstitusiyaya ziddir - Ombudsmandan açıqlama
-
Kamran Əliyev Laosun baş prokuroru ilə görüşdü - Fotolar
-
Nazirlik vədini yerinə yetirmədi: “Dedilər ki, 67 yaşın var, nə iş?“
-
Azərbaycanda vergi güzəştləri uzadılacaq? - AÇIQLAMA
-
Minaya düşərək həlak olan “Gizir Xanı“ dəfn edildi - FOTOLAR
-
Vasif Talıbovun oğlu satdığı oteli yenidən aldı - 8.6 milyona
-
Baytarlıq damğası məcburi olacaq - QƏRAR
-
“Zeytun Pharma” apteklər şəbəkəsi cərimələnə bilər - SƏBƏB
-
Aviasiya insidentlərini onlar araşdıracaq - Baş nazirdən qərar
-
Kremldən Trampa cavab: “Rusiya əsl ayıdır”
-
Adnan Əhmədzadənin vaxtı bitdi - Həbs qərarı qüvvədə qaldı
-
Müəllimlər Günü ilə bağlı pul yığılması qadağandır - RƏSMİ
-
“Beynəlxalq Statistika Forumu universal bir platforma kimi çıxış edir“ - İlham Əliyev
-
Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - TƏFƏRRÜAT
-
Dörd nəfər tüstüdən zəhərlənib: 44 sakin təxliyə edildi - VİDEO
-
Yığılan pulu ödəmədiyi üçün övladı məktəbdən uzaqlaşdırıldı - İDDİA
-
“ABŞ vətəndaşları Ukraynaya silah satışından qazanc əldə edirlər“ - Ağ Ev
-
Səhiyyə müəssisələrində niyə növbə xaosu yaşanır? - VİDEO
-
Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşdı: 20-yə yaxın yaralı var
-
Mehriban Əliyeva İlham Əliyevlə Trampın dialoqunu paylaşdı - VİDEO
-
“Döyüşkən zehniyyətin kökünü kəsmək lazımdır“ - Tokayev
TOP 10
ARXİV