“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Müharibə əlilinə bu şərtlə avtomobili verilir - RƏSMİ

Tarix 09.06.21, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Müharibə əlillərinin sosial müdafiəsi tədbirlərindən biri də onların avtomobillə təmin edilməsidir.

Minik avtomobili dayaq-hərəkət aparatının funksiyası kəskin pozulan və orqanizmin digər sistemlərinin hərəkətini çətinləşdirən patologiyaları olan müharibə əlillərinə reabilitasiya vasitəsi olaraq verilir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, son illərdə, eləcə də Vətən müharibəsindən sonrakı dövrdə də qanunvericilikdə bu yanaşma ilə bağlı hansısa dəyişiklik olmayıb. Yəni, müharibə əlilinə yalnız əlillik səbəbindən hərəkət fəaliyyətinin kəskin məhdudlaşdığı halda minik avtomobili verilməsi qaydası qüvvədə qalır.

Hətta Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi, onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23 yeni reabilitasiya vasitəsi də əlavə edilib. Siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır. Məsələn, Vətən müharibəsi qazilərindən artıq 25 nəfəri son texnologiyalar əsasında hazırlanmış protezlərlə təmin olunublar və bu sahədə işlər davam etdirilir.

Eyni zamanda, yeni qaydalarda müharibə əlillərinə minik avtomobili üçün tibbi göstəriş verilməsi şərtləri də qətiyyən məhdudlaşmayıb və tibbi göstəriş verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısında azalma yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 7200-dən çox, o cümlədən son üç ildə 1257 müharibə əlilinə avtomobil təqdim edilib. Cari ildə də bu proses davam edəcək.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap