Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Müharibədən bir gün əvvəl özü üçün elçi getdi Vətən müharibəsi şəhidi - VİDEO

Tarix 29.05.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


"Şəhid qanı axmayan torpaqdan vətən olmaz” deyiblər. Torpağı vətən edən, vətənin müqəddəsliyi uğrunda sevinə-sevinə döyüşə gedən igidlərimizdəndir Nahid Məmmədov.

Nahid Vahid oğlu Məmmədov 11 iyun 1996-cı ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar.

Nahidin xatirələrindən danışmaq, onu yad etmək üçün evlərinə yollanırıq. Şəhid verməyin məğrurluğu, övlad itirməyin acısını eyni anda yaşayan Səadət ana qarşılayır bizi.

Nahidin yoxluğunu ondan geri qalan əşyalarla doldurmağa çalışan anadan oğlu haqqında xatirələrini danışmasını istəmək heç də asan olmadı. Nahidin cəbhəyə yola saldığı günə qayıtdıq, 29 sentyabra: "Atası dedi, get oyat. Getdim yanına, dayandım başının üstündə. Ağladım, oyada bilmədim. Öpdüm, ağladım. Ürəyimə dammışdı şəhid olacağı. Atası gəlib dedi ki, mən səni göndərmişəm uşağı oyadasan, sən ağlayırsan. Oyanar pis olar, ağlama! Oyandı yuxudan, dedi, məni niyə gec oyatmısız, saat 5-də orada olmalı idim. Axşamdan hazırlamışdı bayrağı. Maşının üstünə vurdu, getdik. Axşam saat 5-ə qədər gözlədik”.

Axşama qədər çağırış məntəqəsinin qarşısında gözləsələr də, Nahidin adı çıxmır. Anası deyir ki, gəl gedək, bir neçə gündən sonra yenidən müraciət edərsən: "Dedi, yox, gəlmişəmsə getməliyəm. Gedəndə gözlərimdən öpdü. Onun bircə sözü vardı: özündən muğayat ol”.

25 yaşlı Nahid Məmmədov Suqovuşan uğrunda gedən döyüşlərə qatılır, torpaqlarımızın qayıtması uğrunda şücaətlə vuruşur. Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin minomyot atəşi altında iki əsgər yoldaşına kömək edərkən ürəyindən vurulur: "Ağdərəyə 5 km qalmış erməni mövqelərini alıblar. Bunları minomyot atəşinə tutublar. Həmin vaxtı sanitar çantası Nahiddə olub, arxada gələn iki əsgər yaralanıb. Nahid qayıdıb onlara yardım etsin. Həmin vaxtı minomyot atıblar, qəlpə düz ürəyindən dəyib”.

Nahid Məmmədov 2012-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecində təhsil alıb. 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra ailəsinə dəstək olmaq üçün işləməyə başlayıb: "Oxuyurdu, işləyirdi. Ailənin də problemlərini həll etməyə çalışırdı. Sevdiyi qız da var idi, onunla da görüşürdü. 7 ildir bir-birini sevirdilər”.

Nahid cəbhəyə çağırılmazdan iki gün əvvəl ailəsindən onun üçün elçi getməyi xahiş edir. Sentyabrın 26-da ailəsi Nahid üçün elçi gedir və nişan tarixini belə təyin edirlər: "Qardaşının toyunu gözləyirdik ki, onun toyu olsun, sonra Nahidi evləndirək. Çünki qardaşı Nahiddən böyük idi. Qardaşının toyundan sonra bibisi rəhmətə getdi, Nahidin xeyir işi uzandı. Gözlədik bir il. Bir ildən sonra, sentyabrın 27-si Nahidlə bir yerdə getdik istədiyi qızın evinə. Danışdıq, razılıqlarını aldıq, nişan gününü təyin etdik. Sentyabrın 27-si dedilər müharibə başlayır, uşaqları yığırlar, 28-i çağırış vərəqəsi gəldi Nahidə, 29-u yola saldıq onu”.

Səadət ananın 3 övladından ortancılı idi Nahid. Evin sonbeşiyi, 14 yaşlı ,Çimnaz isə qardaşı şəhid olan gündən onun haqqında danışmır. Anası deyir ki, Nahidlə olan xatirələrini bizimlə bölüşməməyinin səbəbi də onun yoxluğu ilə barışmamasıdır.

Ürəyi yasda, gözü yolda olsa da, tək təsəllisi var Səadət ananın bütün şəhid anaları kimi. İllərdir yağı tapdağı altında inləyən torpaqlarımız azad olundu, qürurumuz, mənliyimiz qayıtdı özümüzə. Nahidin simasında bütün şəhidlərimiz qarış-qarış qanları ilə dirçəltdi bu Vətəni.

Nahid Məmmədov ölümündən sonra "Vətən uğrunda” və ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Musavat.com APA TV-ə istinadən reportajı təqdim edir:







Xəbərin oxunma sayı : 763

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda