Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Müharibədən sonra 21 mindən çox şəxsə dəstək göstərilib - Rəsmi

Tarix 16.05.21, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailə üzvləri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 21 mindən çox şəxsi əhatə edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb, sosial ödənişlərin təyin olunması üçün onların müraciəti olmadan, zəruri sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılıb. 2 867 şəhidin 7 326 ailə üzvünə 13 598 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyinatı aparılıb. Həmçinin 93 mülki şəhidin 206 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Artıq 416 qaziyə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü, əlilliyə görə pensiya və ya müavinət təyin edilib.

Eyni zamanda, 3 minədək ailə sosial-psixoloji dəstəklə əhatə olunub. Reabilitasiya müəssisələrində yüzlərlə qaziyə reabilitasiya xidmətləri göstərilib. 17 hərbçi yüksək texnologiyalı müasir protez təmin edilib, 650 qaziyə 4 500 reabilitasiya vasitəsi verilib.

Qeyd olunan kateqoriyalara aid şəxslərin məşğulluq məsələlərinin həlli də diqqətdə saxlanır. Onlardan 6 min şəxsin məşğulluğuna dəstək verilib, o cümlədən 4 666-sı özünüməşğulluq proqramına cəlb olunub.



Xəbərin oxunma sayı : 535




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap