Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Maşınları əzən sürücü danışdı - “Marixuana çəkmişdim...“ + VİDEO

Tarix 26.09.21, 12:15

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi ötən gün paytaxtın Yasamal rayonu, kənar dairəvi yolunda 50-ED-532 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi polislərdən qaçmaq istəyib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib ki, sürücü 28 yaşlı Kamran Cəbrayılzadə şəhər ərazisində bir neçə dəfə yol hərəkət qaydasını kobud şəkildə pozaraq, avtoxuliqanlıq hərəkətləri törətdiyi üçün barəsində saxlanması göstərişi verilib.

Sürücü süni sıxlıq yaradılaraq saxlanarkən polisə tabesizlik edib və qaçmaq üçün avtomobili digər hərəkət iştirakçılarının avtomaşınlarına çırpıb.

Həmin vaxt ətrafda olan həm zərərçəkmiş, həm də digər sürücülər yol polisinə kömək edərək tabe olmayan sürücü Kamran Cəbrayılzadəni saxlayıblar. Əraziyə gələn əməliyyatçılar onu Yasamal rayon polis idarəsinə gətiriblər. Saxlanan sürücü törətdiyi əməli etiraf edib.

Hadisə vaxtı təxminən 10-a yaxın avtomobilə ziyan vuran sürücü deyib ki, həmin vaxt 6 yaşlı oğlu da yanında olub.

Faktla bağlı Yasamal rayon polis idarəsində ``Xuliqanlıq`` maddəsi ilə cinayət işi başlanıb, Kamran Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.






Xəbərin oxunma sayı : 667




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap