“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Maşınları tüninq etmək hansı problemlərə səbəb ola bilər? - VİDEO

Tarix 28.11.23, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


Kimisi avtomobilinin buferini dəyişdirir, kimisi disklərə enli şinlər taxdırır, kimisi də mühərrikin at gücünü artırır. Avtomobillərdə konstruksiya dəyişikliyi etmək istəyənlər adətən bu və ya buna bənzər üsullara əl atırlar.

Avtomobil ustası olan Dəniz Ağabəyli bildirib ki, nəqliyyat vasitələri ölkəyə standartlara uyğun daxil olur. Amma bəzi sürücülər sonradan avtomobillərin üzərində müxtəlif dəyişikliklər etdirirlər. Xüsusilə idman üslublu maşın həvəskarları belə dəyişikliklərə daha çox can atırlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli qeyd edib ki, avtomobilin istismar qaydalarına müdaxilə qanunla qadağandır:

"Nəqliyyat vasitəsinin yaylarını kəsmək, onun işıq cihazlarına müdaxilələr etmək, sükan sisteminə müdaxilə etmək, əlavə avadanlıqların quraşdırılması və yaxud da dəyişdirilməsi, həmin nəqliyyat vasitəsinin təhlükəsizlik tədbirlərini vaxtında görüb yol-nəqliyyat hadisəsindən yayınması imkanlarını azaldır. Hər bir sürücü avtomobilin texniki təhlükəsizliyini onun digər maraqlarına qurban verməməlidir”.

Araz Əsgərli bildirib ki, nəqliyyat vasitəsində bu cür dəyişikliklər aşkarlanan sürücüləri 150 manat məbləğində cərimə gözləyir. 





Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap