Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Mahir Emreli “Legiya“nın lideridir - Statistika

Tarix 10.11.21, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Polşa mətbuatı "Legiya"nın bu mövsüm üçün statistik göstəricilərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bir çox komponentlərdə komanda yoldaşlarını üstələyərək, Varşava təmsilçisinin lideri elan olunub.   

Bütün yarışları - Ekstraklasa, Çempionlar Liqası, Avropa Liqası, Polşa Kuboku və Polşa Super Kubokunu özündə ehtiva edən göstəricilərə əsasən, Mahir komandasının bombardiridir. Hücumçumuzun hesabında 11 qol var. "Legiya"nın bu mövsüm 33 dəfə rəqib qapılarına yol tapdığını nəzərə alsaq, Emreli təkbaşına bu qolların üçdəbirinə imza atıb. Qol+ötürmə (11 qol+1 asist) göstəricisində də millimizin üzvü liderliyini qoruyur. 

Bundan başqa, Emreli komandasında ən çox oyun keçirən 2 futbolçudan biridir. "Legiya" bu mövsüm 27 matça çıxıb ki, heç bir futbolçu bu görüşlərin hamısında forma geyməyib. Bu mənada Mahirlə Rafael Lopesin 26 oyunda meydana çıxması qeyd olunmalıdır. Həmyerlimiz ümumilikdə 1609 dəqiqə (orta hesabla hər oyunda 61,9 dəqiqə) meydanda olub. 

Açıklama yok.


"Legiya" son 7 oyunun 6-da uduzub və bu görüşlərdə cəmi 4 qol vurub və 17-ni buraxıb. 

2021/22 
27 matç: 12 qələbə, 3 heç-heçə,12 məğlubiyyət, qol - 33 -39
Orta hesabla qazanılan xal: 1.44
Orta hesabla vurulan qol: 1.22
Orta hesabla buraxılan qol: 1.44

Maraqlıdır ki, "Legiya" 33 qoldan 26-nı cərimə meydançası daxilindən, o cümlədən, 6-nı baş zərbəsi ilə vurub. Varşavalılar əsasən hər iki hissənin son 15 dəqiqəsində fərqlənib - cəmi 18 qol. Rəqiblər 61-75-ci dəqiqələr arasında cəmi 1 dəfə "Legiya"nı məyus edə biliblər. 

Açıklama yok.






Xəbərin oxunma sayı : 817




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap