“Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı “Anarı hələ də sevirəm” - Röya ağladı
Axtar
 
  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

  • / Maqazin / — 11 Aprel 2021

    “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc

  • / Maqazin / — 08 Aprel 2021

    Pərvin Abıyeva seksual libasda - FOTO

Maska ilə bağlı YENİ AÇIQLAMA

Tarix 12.04.21, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


Karantin qaydalarının sərtləşdirilməsi yaxud yumşaldılması birbaşa epidemioloji vəziyyətə bağlıdır, bu, heç kəsin arzu-istəyi ilə olmur.

Trend xəbər verir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib.

Onun sözlərinə görə, yəqin ki, dalğanın eniş nöqtəsində müəyyən qadağalar aradan qalxar, müəyyən qədər yumşalmalar olar: “Sosial şəbəkələrdə gedən söhbətlərlə mən də tanışam və hər kəsin fikrinə hörmətlə yanaşıram. Bütün dünyada məhdudlaşdırmalar artmaqdadır, bunun da bir məqsədi var, o da ünsiyyəti, xəstə insanın sağlam şəxslə təmasını azaltmaqdır”.

A.Qeybulla qeyd edib ki, havaların mülayimləşməsi ilə insanların təması da çoxalıb, onlar həyətdə bir stol arxasında görüşürlər, çay içirlər, domino oynayırlar:“Ona görə də açıq havada maska taxmaq hələlik zəruridir. Ştamların sayı artır və buna uyğun olaraq ölüm sayı da getdikcə çoxalır. Bu səbəbdən maska zərurəti qalmaqdadır, insanlarımız da bunu anlayışla qarşılamalıdırlar”.



Xəbərin oxunma sayı : 355

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda