Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Məğlub olan digər partiya sədrləri də istefa verəcəklər? – SORĞU

Tarix 12.09.24, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


Adətən seçkilərdə uğur qazanmayan partiya rəhbərləri proses başa çatandan sonra nəticələri müzakirə edərək, müəyyən qərarlar qəbul edirlər. Həmin qərarlardan biri də dəfələrlə uğur əldə etməyən partiya sədrlərinin istefa verməsidir. Qərb ölkələrində, o cümlədən Türkiyədə partiya sədrlərinin seçki uğursuzluqlarına görə istefaya getməsi məqbul hal hesab olunur.

Amma Azərbaycanda keçirilən seçkilərdə uğur qazanmamalarına rəğmən partiya sədrlərinin əksəriyyəti nədənsə tutduqları postu buraxmaq istəmirlər. Lakin istisna hallar da mövcuddur. Məsələn, ReAL Partiyasının sədri İlqar Məmmədov verdiyi sözə əməl edərək, seçkilərdəki uğursuzluğa görə istefa verib.

Görəsən, son seçkilər də daxil, prosesdə uğur qazanmayan digər partiyaların sədrləri niyə istefa vermir?

Yeni Zaman Partiyasının sədri Musa Ağayev istefa verməməsinin səbəbini partiya olaraq ilk dəfə seçkilərə qatılması ilə əlaqələndirib:

“Partiyamız 2007-ci ildə yaransa da, yalnız 2023-ci ildə qeydiyyatdan keçib. Bu mənada 2024-cü ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya olaraq ilk dəfə idi ki, iştirak edirdik. Ona görə də indilikdə partiya sədrliyindən istefa vermək barədə düşünmürəm. Düzdür, neçə illərdir partiya sədri olub, bu günə qədər keçirilən seçkilərdə hər hansı bir uğur qazanmayan partiya sədrləri də var. Məhz onlar partiya sədrliyindən istefa vermək barədə düşünməlidirlər”.

ADP sədri Sərdar Cəlaloğlu da partiya rəhbərliyindən getmək niyyətində deyil:

“Bu barədə düşünmürəm”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə bu məsələyə partiya Məclisində baxılacağını deyib:

“Nəticələri sentyabrın 15-də partiya məclisində dəyərləndiriləcək”.

AXP sədri Pənah Hüseyn isə deyəsən həm sədrlikdən istefa vermək, həm də partiyanın fəaliyyətinə xitam vermək qərarına gəlib:

“2025-ci ilin yanvarında partiyanın növbəti qurultayı çağrılacaq. Hazırda MSK və Konistisuya Məhkəməsinin seçkilərlə bağlı qərarını gözləyirik. Qərar verilən kimi partiyanın İdarə Heyəti toplanacaq və vəziyyəti müzakirə edəcək. Həmin iclasda partiyanın sədrliyindən istefa vermək və eyni zamanda partiyanın fəaliyyətini dayandırmaq haqqında düşüncələrimi bölüşəcəyəm. Mən siyasətdən getmirəm, əksinə sədrlikdən getməyi siyasi fəaliyyətimi daha da genişləndirmək, daha fəal olmaq üçün atılacaq addım hesab edirəm”.

Bizim.Media




Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap