Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Məcnun Məmmədov Sofiyada həmkarı ilə görüşdü - FOTO

Tarix 31.10.25, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


Bolqarıstanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu ölkənin kənd təsərrüfatı və ərzaq naziri Georgi Tahovla görüşüb.

AzFakt.com xəbər verir ki, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Bolqarıstanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti barədə müzakirələr aparılıb.

Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri Georgi Tahov ölkəsinin Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. O, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qarşı tərəfə ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Bolqarıstan ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrup arasında fəaliyyətin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, Azərbaycanda istehsal olunan meyvə və tərəvəz məhsullarının Bolqarıstana ixracı, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, tingçilik, bitki seleksiyası, akvakultura və balıqçılıq sahəsində əməkdaşlıq, spirtli içkilərin istehsalı sahəsində təcrübə mübadiləsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi,  aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.







Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap