“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

AAYDA işçisi oğluna dəbdəbəli toy etdi - İdarə rəisi 20 min dollarlıq brilyant bağışladı

Tarix 01.11.25, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Toyda iştirak edən müğənnilərə 150 mn manat xərclənib

Dövlət məmurları dəbdəbə yarışındadır.

Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Fərmanov Namiq Cavanşir oğlu yaxın günlərdə oğluna “Elux Event Hall” məkanında təmtəraqlı toy mərasimi keçirib. O, toyu dövlət tədbirindən seçilməyəcək qədər dəbdəbəli şəkildə qeyd edib.

AzFakt.com-un Tribunainfo.az-a istinadən məlumatına görə, ölkənin aparıcı müğənniləri, Aygün Kazımova, Röya və digər məşhur müğənnilər toyda iştirak edib. Toyda müğənnilərə 150 min manat pul xərclənib.

Gələn qonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub.

Seyidov, toya ailəsi ilə birlikdə qatılıb və 20 min ABŞ dolları dəyərində qızıl-brilliant hədiyyə təqdim edib.

Maraqlıdır ki, dövlət qulluğunda çalışan şəxslərin belə yüksək dəyərli hədiyyələr alması və verməsi, etik davranış qaydaları və vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalı kontekstində suallar doğurur. Yəni, Dövlət sektorunda çalışanların özəl tədbirlərində nümayiş etdirilən dəbdəbə, büdcə pulları ilə lüks həyat təsəvvürünü gücləndirir.

Belə hallar vətəndaşlar arasında sosial ədalət duyğusuna mənfi təsir göstərir.

media-47media-48media-49media-50media-51






Xəbərin oxunma sayı : 3730




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap