Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Bu, Putin üçün yaxşı bitməyəcək“ - Zelenski

Tarix 31.10.25, 19:38

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski Pokrovsk istiqamətində döyüşlərin gedişi ilə bağlı açıqlama verib. 

Dövlət başçısı bildirib ki, Ukrayna Müdafiə Qüvvələri hələlik əhatəyə alınmayıb və bölgədə vəziyyət nəzarət altındadır.

“Pokrovsk yaxınlığında qüvvələrimiz vəziyyəti nəzarətdə saxlayır. Düşmən bütün tərəflərdən təzyiq göstərir, amma rusların orada üstünlük qazandığını demək doğru olmaz. Onların sayı çoxdur, lakin bu, qələbə demək deyil”, – deyə Zelenski mətbuat konfransında bildirib.

Prezident xatırladıb ki, daha əvvəl Kursk əməliyyatı zamanı da dezinformasiya yayılmış, guya minlərlə ukraynalı hərbçinin mühasirəyə düşdüyü iddia edilmişdi:“Bu yalandır, heç bir 5–8 minlik əhatə olmayıb. Komandirlər anlayır ki, mühasirəyə düşməyə yol vermək olmaz. İnsan həyatı hər şeydən önəmlidir".

Zelenski qeyd edib ki, Rusiya Pokrovsk istiqamətində təxminən 170 min hərbçi cəmləşdirib, bu da bölgədə vəziyyəti son dərəcə mürəkkəbləşdirir.

Prezident əlavə edib ki, Rusiya ordusu şəhərdə mövcuddur, lakin Ukrayna qüvvələri onların irəliləyişinə imkan vermir:“Səhər baş komandanla danışdım, Pokrovskda ciddi dəyişiklik yoxdur. Biz rusları tədricən məhv edirik, çünki şəxsi heyəti qorumaq vacibdir".

Prezident sonda Putinin Pokrovska səfər edəcəyi ilə bağlı bəyanatına da reaksiya verib:“Putin Pokrovska gələcəyini deyib. Əgər o, doğrudan da gələcəksə, nəticəni hamı bilir – bu, onun üçün yaxşı bitməyəcək".



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap