| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Mehdiyev-Həsənov klanının daha bir üzvü – Abdin Fərzəliyev kimdir?
Tarix 27.07.21, 14:00 |
|
Artıq heç kimə sirr deyil ki, AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun himayəsi altında olublar.
R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi. Eyni sözləri İcra Hakimiyyətləri haqqında da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.
2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb.
Onlardan bəziləri işdən azad edilib, altı nəfəri isə rüşvətlə həbs olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Biləsuvar icra başçısı Mahir Quliyev, Kürdəmir icra başçısı Ceyhun Cəfərov məhz R.Mehdiyevin “əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.
Amma bir neçə onillik ərzində R.Mehdiyevin icra strukturlarında, hakimiyyətin müxtəlif pillələrində qurduğu geniş şəbəkənin sıradan çıxarıldığını düşünmək sadəlöhvlük olardı.
Tam əminliklə söyləmək olar ki, proses davam edəcək və hələ çox səs-küylü həbslərin şahidi olacağıq.
Bir neçə gün öncə mətbuatda Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkın məqsədli şəkildə dağıdılması, yerində obyektlərin tikilməsi haqqında məlumatlar dərc olundu. Məlumatın dərc olunmasından sonra icra başçısı Abdin Fərzəliyev tələm-tələsik əraziyə çoxsaylı texnika və işçi qüvvəsi cəlb edərək, əməllərini ört-basdır istiqamətində əl-ayağa düşsə də, amma ox artıq yaydan çıxmış oldu. Xatırladaq ki, Nizami rayonunun icra başçısı Arif Qasımov da dillərə dastan olan dəbdəbəli kreslosunu məhz oxşar əməlinə görə itirdi. Amma Abdin Fərzəliyevi bitirən yeganə səbəb bu deyil.
Gəlin Abdin Fərzəliyevi bir az yaxından tanıyaq.
Həyat yolu: Fəhləlikdən icra başçılığına
Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Bir neçə ay «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışan Fərzəliyev 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə YAP-ın Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olub. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirib. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
Müəmmalı Rusiya bağlantıları
Nərimanov rayon icra başçısının siyasi karyerasında diqqət çəkən digər bir məqam onun Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmasıdır.
Onu da bildirək ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmayıb. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.
Silah arsenalı, cins itlər…
Abdin Fərzəliyevin əsas hobbisi ov etməkdir və bu həvəs o qədər şiddətlidir ki, iclasın ən qızğın yerində Fərzəliyevə «yaxşı ov yeri var» xəbəri verilərsə, toplantını yarımçıq qoyub, yola çıxar.
Məlumatlarda qeyd olunur ki, Nərimanovun icra başçısı bir çox dövlət qoruğlarına gedərək, orada qanunsuz ovla məşğul olur. Bakının, hətta xaricdəki ən məşhur ovçuluq dükanlarından aldığı silahlardan yararlanan Fərzəliyevin bu silah-sursat üçün ildə on minlərlə manat xərclədiyi də deyilir. Bundan əlavə, onun ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Mətbuatda yer alan məlumatlara görə, bu itlərdən bəziləri və hətta onların baxıcıları da xaricdən gətirilir və buna böyük vəsaitlər xərclənir. Məsələn, onun İngiltərədən xüsusi bir cins itin gətirilməsinə 20 min dollar xərclədiyi yazılır. Bu itlərin aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar.
Məlumata görə, icra başçısı ova 10-a yaxın müxtəlif «Cip» avtomaşınları ilə gedir.
15 il icra başçısı vəzifəsini necə qoruyub?
Nərimanov rayonunu şəxsi biznes obyektinə çevirən Fərzəliyev postunu qorumaq üçün Ramiz Mehdiyev və Əli Həsənovun himayəsini qazanmaq üçün səxavətini əsirgəməyib.
Məsələn, dövlət əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonunda, T. Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilərək Ramiz Mehdiyevə hədiyyə edilib.
İcra başçısı haram yolla qazandığı pullar hesabına prezidentin sabiq köməkçisi, ötən ilin oktyabrında prezident sərəncamı ilə vəzifədən azad edilən Əli Həsənova da çoxsaylı mülklər hədiyyə edib. Belə ki, şəhid Samir Xasıyev adına parkda (keçmiş Montin parkı) 20 sot ərazidə 4 mərtəbəli villa Abdin Fərzeliyev tərəfindən tikilib tam təmir edilərək Ə.Həsənova bağışlanıb.
Bundan əlavə, Nərimanov rayonunda Əhməd Rəcəbli 29 ünvanında 4 min kv metr sahəni əhatə edən 5 mərtəbəli bina (hansı ki, iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə Həsənovların ailə şirkəti olan “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir) da Fərzəliyev tərəfindən Həsənovlara hədiyyə edilib. Heydər Əliyev mərkəzinin yaxınlığında, Heydər Əliyev prospektində yerləşən və prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən binalarda ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Onun Əli Həsənova bağışladığı daha bir obyekt elə həmin ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 300 kv/metr olan qeyri-yaşayış sahəsidir.
Daha bir fakt isə Əli Həsənovun himayə etdiyi Qurban Məmmədovla bağlıdır. Belə ki, Qurban Məmmədov Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında “Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb edir. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili sankı “plana salınır” və əvəzinə ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilir. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır.
Burdan bəlli olur ki, Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrası və sponsorluğunu Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirib. Qeyd edilən ünvanda yaşayan sakinlərlə söhbət və o dövrün sənədləri ilə tanışlıq təsdiq edir ki, həmin binada evlərin bölünməsi və paylanması Nərimanov rayon icra hakimiyyəti tərəfindən həyata keçirilib.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan “Altun” restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib. Bu görüşlərdə Əli Həsənov ilə yanaşı Ramiz Mehdiyevə sədaqət andı içmiş icra başçıları – Abdin Fərzəliyev (Nərimanov rayonunun başçısı), Arif Qasımov (keçmiş Nizami rayonunun başçısı), Asif Əsgərov (Nəsimi rayonunun başçısı), Süleyman Mikayılov (Qaradağ rayonunun başçısı) və digərləri iştirak edirdilər.
Bunlar hələ mətbuatın apardığı araşdırmalar nəticəsində üzə çıxan azsaylı faktlardır.
Fərzəliyev Nərimanov rayonunu necə talayır?
Azərbaycanda olduğu kimi Rusiyada və bir çox digər ölkələrdə biznesi və mülkləri olan icra başçısı bu pulları hansı yolla qazanıb?
Nərimanov rayonunda “avtoyuma” krallığı quran A.Fərzəlyevin əsas gəlir mənbəyi qanunsuz torpaq satışı təşkil edib. Təkcə paytaxtın ən elit və bahalı yerlərindən sayılan “Erməni qəbisranlığı” adlanan ərazi üzərindən əldə etdiyi sərvətə nəzər salsaq, mənzərə aydın olar. Bel ki, 50 hektar ərazisi olan “Erməni qəbirsanlığı” adlanan ərazinin cəmi 5 hektarında park salınıb. Qalan ərazi isə sotu 250-300 min olmaqla sahibkarlara satılıb. 15 il əzində 1200 sahibkara 500 obyektin torpağını satan icra başçısının təkcə “Erməni qəbirsanlığı”ndan qazandığı gəlirini təsəvvür eləmək çətin deyil. Burada A.Fərzəliyevin özünün də çox sayda obyektləri var və həmin obyektlər özəl şirkətlərə icarəyə verilməklə başçının sərvətini artırır.
Eyni zamanda sözügedən ərazidə tikilən çoxsaylı binalar həddən artıq baha qiymətə satılıb. Lakin böyük dövlət vəsaitləri hesabına salınan park hazırda baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Qohumbazlıq
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni icra başçılarını təyin edərkən məmurlara ciddi mesaj və tövsiyyələr verdi. Əsas mesajlardan biri kadr seçərkən qohumbazlığa yol verməmək, nepotizmdən uzaq olmaq, sadə olmaq, peşəkar xüsusiyyətləri ön plana çəkmək idi.
“Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır – Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”.
Nərimanov rayonunda isə Prezidentin dediyinə tam əks mənzərənin şahidi oluruq. Abdin Fərzəliyevin kadr seçimi yalnız tayfa, qohum, dost meyarından ibarətdir:
Başçının müavinləri:
1-ci müavin Yusif Sadıqov – Abdin Fərzəliyevin qohumu və yeni ov yoldaşı
Müavin İlqar Mirzəyev – başçının qohumu (Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevin qardaşı)
Müavin İradə Mahmudova – başçının şəxsi təqdimatı ilə işə götürülüb. Onun işə götürülməsi üçün öz peşəkarlığı və işgüzarlığı ilə karyerada yüksəlmiş Rəşid Ağayev işindən azad edilib.
Hüquq şöbəsi müdiri Firdovsi Cəlilov – başçının qohumu
Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov – başçının qohumu
Gənclər və idman şöbəsinin müdiri Nəcəf Novruzov – başçının kirvəsi olan Siyavuş Novruzovun qardaşı oğlu
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov – başçının yaxın qohumu və rayonun “qara kassası”dır. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Nəzərov – başçının qohumu
MKTB rəisi Qoşqar Məmmədov – başçının qohumu və iş ortağı
1 saylı ərazi dairəsi üzrə nümayəndə Natiq Babayev – başçının qohumu
2 saylı ərazi dairəsi üzrə nümayəndə Nürəddin Abbasov – başçının qohumu
3 saylı ərazi dairəsi üzrə nümayəndə Elmar Abbasov – başçının qohumu
Bələdiyyə sədri və müavinləri – başçının ailə üzvləri (hit.az)
Xəbərin oxunma sayı : 868
Sosial
Xəbərlər
-
Kobaxidze Rusiyaya söz verdi - “Kökünü kəsəcəyik”
-
ABŞ Ənsər Allah-la birbaşa əlaqə qurub - Vens
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü
-
Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO
-
Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
-
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
-
Ramiz Mehdiyevin cinayət işində məşhur siyasətçilərin də adları var - SİYAHI
-
ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
-
Suraxanı rayonunda “Daş abidə“parkını söküblər? - VİDEO
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Pit Heqset Pentaqonun fəaliyyətini xaosa çevirib - The New York Times
-
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - TƏFƏRRÜAT
-
Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
-
DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
-
Azərbaycan nefti kəskin bahalaşdı - 127 dolları oldu
-
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - Emin Əmrullayev
-
Paytaxtın bu yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir - Siyahı
-
Rusiya və Ukrayna bu obyektlərə hücum etməyəcək - Tramp açıqladı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Nərimanovda qazılan yol aylardır bərpa olunmur - VİDEO
-
Böyük Qayıdış davam edir - Növbəti köç karvanı ilə 50 ailə yola salındı
-
15 sentyabr-Azərbaycanda Bilik Günüdür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu ixtisaslar tezliklə sıradan çıxacaq - AÇIQLAMA
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Açıqlama
-
Yeni tədris ilinə görə metro və avtobuslarda hərəkət intervalları azaldılacaq? - VİDEO
-
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar“ın həyat yoldaşı da həbs edildi
-
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
-
Endirimli internet adı ilə kart məlumatları toplanır - “TikTok”da TƏHLÜKƏ!
-
Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Avropada qazın qiyməti 1000 dolları keçdi - Bu sahədə rekorddur…
-
Prezident 500 min dollarlıq mükafatını bağışladı - Qarabağ Dirçəliş Fonduna
-
Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi - Tramp açıqladı
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Ölkədən qanunsuz pul çıxaran dəstə üzvüləri təşvişdə - Bayram və Şəmməd kimdən gizlənir?
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
-
Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Milyardlıq sərvəti üzə çıxdı - 90 yaşlı anasının hesabında 750 milyon
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı - Cinayət işi açıldı
-
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
-
Milyonlarla sürücüyə pul paylanacaq - Macarıstanda
-
Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
-
Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi
-
Azərbaycanda ən çox satılan saç markası məhkəməyə verildi - Təhlükəli xəstəlik
-
Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma - 3 nəfər həbs edildi
-
Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır (VİDEO)
-
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
-
“Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək” - Putin
-
Zığ bağlarında yol problemi - VİDEO
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı - VİDEO
-
Gürcüstanın sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanət ittihamı
TOP 10
ARXİV






