“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü

Tarix 15.09.26, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Fransada yaşayan, özünü tarixçi kimi təqdim edən Altay Göyüşovun Azərbaycan əleyhinə növbəti çıxışı əslində elmi araşdırmadan çox siyasi ittihamlar toplusunu xatırladır. Xaricdə oturub Azərbaycanı hədəfə almağı, ölkənin milli maraqlarını şübhə altına salmağı və xalqın tarixi yaddaşını siyasi manipulyasiyanın predmetinə çevirməyi “tarixçilik” adı altında təqdim etmək artıq adi müxalif mövqedən çox uzağa gedir. Burada söhbət dövlətlə hakimiyyət arasındakı fərqi bilərəkdən aradan qaldıran, Azərbaycanın milli maraqlarını siyasi mübarizəyə qurban verən təhlükəli yanaşmadan gedir. Göyüşovun “Şərqi Zəngəzur” ifadəsi üzərindən qurduğu arqumentin əsas məqsədi də məhz budur, müasir inzibati terminə siyasi məna yükləmək, həmin məna üzərindən Azərbaycana “ərazi iddiası” və “revanşist ərazi siyasəti” damğası vurmaq, ardınca isə bunu ölkənin sülh siyasətinə qarşı ittihama çevirmək...

Halbuki Şərqi Zəngəzur iqtisadi rayonu müasir Azərbaycanın inzibati bölgüsüdür və onun mövcudluğu tarixi Zəngəzur anlayışının yaranması ilə eyniləşdirilə bilməz. Zəngəzurun tarixi Azərbaycan tarixinin mühüm hissəsidir və bölgənin XX əsrin əvvəllərində inzibati-siyasi parçalanması da tarixi faktlarla bağlıdır. Bu reallıqları kənara qoyaraq 2020-ci ildən sonrakı bir inzibati terminə bütöv siyasi konsepsiya yükləmək tarixçilik deyil, siyasi manipulyasiyadır. Daha da absurd olanı həmin ifadədən Azərbaycanın Ermənistan ərazisinə qarşı konkret iddia irəli sürdüyü nəticəsini çıxarmaqdır. Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı hüquqi-siyasi çərçivəsində qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması əsas prinsiplərdən biridir və bunu bir terminlə kölgədə qoymaq mümkün deyil.

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması isə Göyüşovun qurduğu siyasi mənzərədə sanki arxa plana keçirilir. Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Şuşa sakinlərinin yaşadığı faciəni görmədən “yerli əhali” adı altında yalnız bir tərəfin ağrısını qabartmaq obyektiv tarixçilik sayıla bilməz. Tarix seçmə faktlarla yazılmır və milli yaddaş siyasi simpatiyalara uyğun şəkildə redaktə edilə bilməz. Göyüşovun yanaşmasında isə əvvəlcə siyasi nəticə müəyyənləşdirilir, daha sonra həmin nəticəyə uyğun faktlar seçilir və nəhayət Azərbaycanı günahkar göstərən bir ritorik konstruksiya yaradılır. Bu, alim mövqeyi deyil, siyasi kampaniyadır. Hakimiyyətin fəaliyyətini tənqid etmək demokratik hüquqdur, dövlətin milli maraqlarını və ərazi bütövlüyünü hədəfə almaq isə tamam başqa məsələdir. Prezident İlham Əliyevin siyasətinə qarşı çıxmaqla Azərbaycanın dövlət maraqlarına qarşı çıxmağı eyniləşdirmək sağlam müxalifətçilik deyil.

Dövlət başqa, hökumət başqadır və bu fərqi bilməyən, yaxud bilərəkdən aradan qaldıran siyasi yanaşma mahiyyət etibarilə məsuliyyətsizdir. Xaricdə məskunlaşıb Azərbaycan haqqında ardıcıl şəkildə mənfi kampaniya aparan, ölkənin mövqeyini təhrif edən və xarici auditoriyaya Azərbaycan əleyhinə tezislər təqdim edən şəxslər öz fəaliyyətlərinin siyasi nəticələrini də anlamalıdırlar.

Xaricdə yaşamaq Azərbaycan haqqında istənilən ittihamı səsləndirmək üçün mənəvi immunitet yaratmır. Əksinə, ölkədən kənarda Azərbaycanı təmsil edən və ya Azərbaycan haqqında danışan hər bir şəxs sözünün hansı siyasi dairələr tərəfindən necə istifadə olunduğuna görə məsuliyyət daşıyır. Milli məsələlərdə düşmənin arqumentlərini təkrarlamaq, öz dövlətinin mövqeyini sistemli şəkildə gözdən salmaq və tarixi həqiqətləri birtərəfli təqdim etmək cəmiyyət tərəfindən sərt şəkildə qiymətləndirilir. Vətənə bağlılıq yalnız şüarlardan ibarət deyil, milli maraqların çətin məqamda müdafiə edilməsidir. Öz ölkəsinin müharibədən çıxmış, işğalın ağır nəticələrini yaşamış xalqının ağrısını bilərəkdən kiçiltmək və Azərbaycanın haqq mövqeyini xarici auditoriyalarda şübhə altına salmaq isə siyasi məsuliyyətsizlikdən daha ağırdır. Bu səbəbdən belə davranışları “müxalif fikir” adı ilə sığortalamaq cəhdləri qəbuledilməzdir. Əgər bir fəaliyyət faktiki olaraq Azərbaycanın düşmənlərinin təbliğat tezislərini gücləndirirsə, onun siyasi mahiyyəti barədə sərt danışmaq tamamilə təbiidir. Vətən xainliyi kimi ağır ifadələr isə hüquqi hökm deyil, belə davranışa verilən ictimai-siyasi qiymət kimi ortaya çıxır. Azərbaycanı xaricdə sistemli şəkildə hədəfə çevirənlər bilməlidirlər ki, ölkəyə qarşı yönəlmiş hər bir kampaniya xalqın yaddaşında qalır. Tarixi təhrif etməklə Zəngəzurun Azərbaycan yaddaşındakı yerini silmək mümkün deyil, “irredentizm” etiketi ilə Azərbaycanın ədalətli mövqeyini dəyişmək mümkün deyil, xarici auditoriyaya hesablanmış yazılarla 30 illik işğal gerçəyini yox etmək mümkün deyil. Tarix də, Vətən də siyasi konyunkturadan böyükdür. Özünü tarixçi adlandıran şəxs bunu hamıdan əvvəl bilməlidir.

Musavat.com



Xəbərin oxunma sayı : 412




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap