Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi

Tarix 27.12.24, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Kəlbəcərli iş adamı Məhərrəm Ömrümovun direktoru olduğu "Perlit" Məhdud Məhsuliyyətli Cəmiyyətində (MMC) bədbəxt hadisə baş verib. 

Qaynarinfo-nun məlumatına görə, Məhərrəm Ömrümov rəhbərlik etdiyi şirkətə usta kimi işə götürdüyü Namiq adlı şəxs tikinti işləri apardığı 4 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılaraq, kəllə-beyin travması və belindən ciddi xəsarətlər alıb. 

Məlum olub ki, "Perlit" MMC Nərimanov rayonu, Məmməd Araz küçəsi 68 ünvanında Azərbaycan Beynəlxalq Maarif Məktəbinin korpusunun tikintisini həyata keçirib. Tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması zamanı sözügedən bədbəxt hadisə baş verib.
 

Hadisəyə görə, "Perlit" MMC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə Yusif adlı mütəxəssisinə Cinayət Məcəlləsinin 222.2-ci maddəsi cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmədə zərərçəkmiş şəxs "Perlit" MMC-də işə başladığı zaman hər hansı xüsusi geyim və ya təhlükəsizlik vasitəsi ilə təmin olunmadığını bildirib. Onu bununla bağlı hər hansı şəxs təlimatlandırmayıb. Ümumi təlimat jurnalı olmaqla tikinti ərazisində tabel qoyulub və oraya imza atıblar. MMC-də onun işi usta olaraq tikilinin aqlay işlərini görməkdən ibarət olub. Təxminən 4-5 metr hündürlükdə taxta konstruksiyanın üzərində iş aparıb. Taxta ayağının altında qırıldığından hadisə baş verib. 

Məhkəmənin qərarı ilə "Perlit" MMC-nin təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətinə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahədə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edilib. 



Xəbərin oxunma sayı : 265




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap