“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? - ŞİKAYƏT

Tarix 03.05.25, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


Bir qədər əvvəl adı bir sıra qalmaqallara qarışan məktəb direktorundan yenə şikayət var. 

AzFakt.com tribunainfo.az-a istinadən xəbər verir ki, valideynlər Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın əlindən bezar olduqlarını bildiriblər.

Onlar qeyd edirlər ki, xanım Balakişiyeva onlardan hər gün pul tələb edir.

Adının çəkilməsini istəməyən valideynlərdən biri Tribunainfo.az-a deyib ki, Arifə Balakişeyav müxtəlif bəhanələrlə onlardan pul tələb edir. “Bizə deyir ki, pul gətirin. Əgər bu əvvəllər ayda-ildə bir dəfə olurdusa, son günlər gündəliyə çevrilib. Daha bezmişik. Bilmirik uşağı məktəbə oxumağa göndərimişik, yoxsa bazara?”

Şikayətçi düşən valideynlər bildirirlər ki, Balakişiyeva hətta onlara “2000 manat ver, uşağı məktəbə gətirmə” təklifini də edir. Onlar qeyd edirlər ki, bu yaxınlarda övladına bahalı və dəbdəbəli toy edən məktəb direktorunu bu hərəkətləri onlarda qəzəb doğurub. “Bu yaxınlarında oğluna dəbdəbəli toy elədi. Elə müğənni olmadı ki, orada iştirak etməsin. Allah xoşbəxt eləsin. Bununla işimiz yoxdur. İndi bizdən israrla pul tələb etdikdə, ağlımıza gələn o olur ki, Arifə Balakişiyeva yəqin, oğlunun toy xərcini bizdən çıxarmaq istəyir”.

Qeyd edək ki, Arifə Balakişiyeva bir müddət əvvəl “Meridian Park Luxury” restoranında oğluna çox bahalı toy edib. Toy məclisində xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilər qatılıb. Təkcə, bir neçə müğənniyə hər yarım saat üçünb direktorun 50 min manata yaxın pul ödədiyi iddia olunur.

Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə də hallanmışdı.

Qarşı tərəfi də dinləməyə hazırıq.

 







Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap