“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü“ - Zərərçəkmiş şəxs

Tarix 02.05.25, 14:49

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və suallara cavab verməsi ilə aparılır.

"Report" xəbər verir ki, zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan Silahlı Qüvvələri hərbçilərinin kəndə dəfələrlə hücum etməsi, avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, qətlə yetirməsi və sair barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.

“Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin”, - deyə R.Quliyev qeyd edib.

O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. R.Quliyev özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə “KamAz”lara mindirilərək Xankəndiyə aparıldığını, yolda “Bəylik bağı” adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini deyib. Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. “Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.



Xəbərin oxunma sayı : 337




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap