“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Favorit“ restoranında dava: Xəsarət alan şəxs iki saat əməliyyat olundu

Tarix 01.05.25, 12:33

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Y.Çəmənzəminli və X.Şuşinski küçələrinin kəsişməsində yerləşən "Favorit” restoranında dava baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisə zamanı 1961-ci il təvəllüdlü B. Seymur xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dava zamanı stəkan qırılıb və qırıntı Seymurun qoluna bataraq ona ciddi xəsarət yetirib.

İlkin məlumatlara əsasən, dava restoranda dostlar arasında hesab üstündə yaranan mübahisə nəticəsində baş verib. İlqar (şərti ad), Rasim və Seymur birgə restorana yeyib-içməyə gediblər. Yeməkdən sonra İlqar Seymura "hesabı bağla, gedək” deyib, lakin Seymur bundan imtina edib.

Bu zaman İlqar restorandan çıxmaq istəyən Seymurun qolundan tutaraq, ondan hesabı ödəməyi tələb edib: "Bizi sən dəvət etmisən, necə ola bilər ki, hesabı bağlamayasan?”

Mübahisə zamanı Seymur yıxılaraq stolun üzərinə düşüb. Nəticədə stəkanın şüşə qırıntısı qoluna batıb, qab-qacaq yerə düşərək sınıb. Yaralı dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həkimlər onun qolunda iki saatlıq cərrahi əməliyyat aparıblar.

Məhkəmə prosesində Seymur törətdiyi əməldən peşman olduğunu bildirib. O, yüksək şəkər xəstəsi olduğunu və bir ayağının protezlə əvəz olunduğunu da qeyd edib.

Məhkəmə ona 200 manat məbləğində inzibati cərimə tətbiq edib.



Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap