“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Süni intellektlə bağlı qanunvericilik təkmilləşdiriləcək - VİDEO

Tarix 30.04.25, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda süni intellektlə bağlı qanunvericilik təkmilləşdiriləcək, hüquqi baza yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, növbəti illərdə həm dövlət, həm özəl sektoruda süni intelektin tətbiqi ilə xidmətlərin rəqəmsallaşmış formada göstərilməsi təcrübəsindən geniş istifadə ediləcək.

Nazirlər Kabineti bu məqsədlə  Prezidentin "2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında" sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirir ki, bu qərarla süni intellektin inkişafı üçün milli prioritet sektorlar və  məsul dövlət orqanları müəyyən ediləcək. Məqsədlərdən biri süni intellekt üzrə normativ hüquqi bazanın yaradılmasıdır. Bundan başqa, süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının təsdiq edilməsi də əsas tapşırıqlar arasındadır.

Ekspertin sözlərinə görə, süni intellektə mərhələli keçid davam edir.Yaxın illərdə qurumların ənənəvi olaraq, fiziki verdiyi xidmətlərin bir çoxu rəqəmsallaşdırılacaq.

Ənənəvi və fiziki xidmətlərin rəqəmsallaşdırılması, vətəndaşlara məsafədən, növbəsiz, operativ xidmətin göstərilməsi nəticədə insanların dövlət qurumları ilə münasibətdə məmnunluğunu artıracaq.





Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap