“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Agentliyə baş direktor təyin olunub - Yeni rəhbər kimdir?

Tarix 30.04.25, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

AzFakt.com xəbər verir ki, bu vəzifəyə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov təyinat alıb. 

Rəşad  Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-cü ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bititrib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 
2022-23-cü illərdə - Milan Politexnik Universitetində - Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb. 

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

R.Əzizov son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.



Xəbərin oxunma sayı : 457




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap