“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycanda 2 vəkilə töhmət, 6-na xəbərdarlıq olundu - FOTO

Tarix 01.05.25, 11:37

Font ölçüsü : - / +
bitmap-img6


Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə ARVK-dən məlumat verilib.

İclasda çıxış edən Kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin son dövrlərdə həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib, görülən işlərin ölkədə hüquqi yardım sisteminin inkişafına və vəkillik institutunun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Sədr dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi müsbət addım kimi yüksək qiymətləndirib. Sədr bu qərarın vəkillərin sosial təminatının yaxşılaşdırılmasına, onların peşəkar fəaliyyətlərinin stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Eyni zamanda Anar Bağırov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tövsiyələrin icrası məqsədilə ARVK tərəfindən son illərdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Sərəncam çərçivəsində regionlarda yeni vəkil qurumlarının yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi, vəkillərin sosial təminatının yaxşılaşdırılması, vətəndaşların hüquqi yardıma çıxış imkanlarının artırılması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu tədbirlər nəticəsində vəkillərin sayı son illərdə 3 dəfədən çox artıb, vətəndaşların keyfiyyətli hüquqi yardımla təmin olunması istiqamətində mühüm irəliləyişlər əldə olunub.

Sonra iclasın gündəliyinə uyğun olaraq bir sıra məsələlər müzakirə olunub. Bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul olunmaları ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunmaları ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda "Fairness” Vəkil Bürosunun təsis olunması məsələləri müzakirə edilərək müsbət qərar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə irad tutulub, 6 vəkilə isə xəbərdarlıq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.





Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap