“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

İran Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək

Tarix 30.04.25, 6:27

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsində Azərbaycan və İran İslam Respublikası arasında əsrlərə söykənən tarixi dostluq və qonşuluq əlaqələri yeni mərhələyə qədəm qoyur. Bu dinamik prosesin parlaq təzahürü olaraq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsi və regional sabitliyin möhkəmləndirilməsi yolunda atılmış tarixi addım kimi qiymətləndirilir.
      
Səfərin siyasi məzmununun əsas hissəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən ətraflı və səmimi danışıqlar təşkil etdi. Liderlər əvvəlcə təkbətək formatda, daha sonra isə hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli münasibətlərin bütün spektrini, regional və beynəlxalq gündəlikdəki aktual məsələləri ətraflı müzakirə etdilər. Danışıqların yekununda Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış edərək əldə olunan razılaşmalar və müzakirə olunan məsələlər barədə ictimaiyyəti məlumatlandırdılar. Dövlət başçısı bəyanatında İran Prezidentinin səfərini "əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü" kimi xarakterizə edərək səfərin əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycan dövlətinin başçısı iki ölkə xalqlarını bir-birinə bağlayan möhkəm tarixi tellərə toxunaraq dedi: "Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir". Bu sözlər müasir dövrdə münasibətlərin sadəcə siyasi və iqtisadi maraqlara, həm də dərin mədəni-mənəvi bağlara, ortaq tarixə söykəndiyini bir daha təsdiqləyirdi. Prezident İlham Əliyev danışıqların və fikir mübadiləsinin son dərəcə səmimi və işgüzar mühitdə keçdiyini, bir çox vacib məsələ ətrafında ətraflı söhbət aparıldığını və Azərbaycan ilə İran arasında strateji əlaqələrin mahiyyətinin bir daha təsdiqləndiyini bildirdi. Ölkə lideri hər iki tərəfin əlaqələrin gələcək inkişafına olan sadiqliyini vurğulayaraq dedi: "Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır". Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, hörmətli Prezident Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana təşrif buyurması və səfər çərçivəsində çoxsaylı mühüm sənədlərin, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənədin mübadilə edilməsi tərəflərin xoş niyyətini, səmimiliyini və bütün mümkün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirmək, bir-birinə daha yaxın olmaq istəyini əyani şəkildə sübut edir.
      
Səfərin praktiki nəticələri imzalanan və mübadilə edilən çoxsaylı ikitərəfli sənədlərdə öz əksini tapdı. Bu sənədlər paketi Azərbaycan və İran arasında əməkdaşlığın nə qədər geniş və şaxəli olduğunu göstərməklə yanaşı, qarşıdakı illər üçün konkret fəaliyyət proqramlarını və hüquqi bazanı müəyyənləşdirdi.
      Prezident İlham Əliyevin bəyanatında xüsusi olaraq toxunduğu dəhliz bütün iştirakçı ölkələr və hətta qlobal ticarət üçün böyük iqtisadi səmərə vəd edir. Ölkə lideri vurğuladı ki, respublika ərazisində bu nəqliyyat dəhlizinin fasiləsiz və səmərəli fəaliyyəti üçün bütün zəruri infrastruktur layihələri, o cümlədən dəmir yolu xətlərinin modernləşdirilməsi, yeni avtomobil yollarının çəkilişi və Ələt Azad Ticarət Zonasında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün artırılması kimi işlər uğurla həyata keçirilib.
      
Azərbaycan və İran çoxtərəfli platformalarda, xüsusilə də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir və bir-birinin mövqeyini dəstəkləyirlər. Prezident İlham Əliyev bu ənənəvi qarşılıqlı dəstəyi yüksək qiymətləndirərək Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qoşulmama Hərəkatı kimi mötəbər qurumlarda Azərbaycan və İran nümayəndələrinin daim bir-birinin haqlı mövqeyini müdafiə etdiklərini xüsusi olaraq vurğuladı. Liderlər arasında aparılan danışıqlarda bu sahədə gələcək birgə fəaliyyətin və əməkdaşlıq çərçivələrinin müzakirə edilməsi, Bakı və Tehranın beynəlxalq aləmdə ortaq maraqlarını effektiv şəkildə qorumaq və qlobal məsələlərin həllinə birgə töhfə vermək niyyətində olduqlarını göstərir. Bu əməkdaşlıq hər iki ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onların ümumi məqsədlərə çatmasına da yardım edir.

Regional təhlükəsizlik və sabitlik məsələləri, danışıqların əsas mövzularından biri idi. Həm Prezident İlham Əliyev, həm də Prezident Pezeşkian bölgədə mövcud olan problemlərin və çağırışların məhz region ölkələrinin özləri tərəfindən, kənar qüvvələrin müdaxiləsi olmadan, dialoq və əməkdaşlıq yolu ilə həll edilməsinin vacibliyi barədə həmfikir olduqlarını bildirdilər. Bu yanaşma hər iki ölkənin xarici siyasət kursunun fundamental prinsiplərindən biridir və Cənubi Qafqazda, eləcə də daha geniş Yaxın Şərq regionunda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimad mühitinin bərqərar olması üçün yeganə düzgün yol hesab edilir. Prezident İlham Əliyev vurğuladı ki, danışıqlar zamanı ölkələrin suverenliyi, ərazi bütövlüyü, daxili işlərinə qarışmama kimi prinsiplər üstün tutuldu. Bu beynəlxalq hüququn fundamental prinsiplərinə sarsılmaz sadiqlik, regionda proqnozlaşdırıla bilən, sabit və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası münasibətlər sisteminin qurulması üçün möhkəm zəmin yaradır.
Səfərin yekununda hər iki tərəf aparılan müzakirələrin səmərəliliyindən və imzalanan sənədlərin əhəmiyyətindən dərin məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev səfərin təşkilati və məzmun baxımından çox yüksək səviyyədə hazırlandığını, ərsəyə gələn sənədlərin ikitərəfli əlaqələrin gələcək inkişafı üçün böyük potensiala malik olduğunu və qəbul edilmiş qərarların Azərbaycan-İran münasibətlərini uzun illər bundan sonra yüksələn xətlə aparacağına əminliyini bildirdi. Dövlət başçısı, eyni zamanda səfərdən bir neçə gün əvvəl qonşu və dost İranda baş vermiş, təəssüf ki, insan tələfatı ilə nəticələnmiş faciəli hadisə ilə əlaqədar dərin kədər hissi ilə qardaş İran xalqına bir daha başsağlığı verdi. Bu ağır və kədərli günlərə baxmayaraq, Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərini təxirə salmayaraq gerçəkləşdirməsini iki ölkə arasındakı münasibətlərin möhkəmliyinin və qarşılıqlı etimadın göstəricisi kimi çox yüksək qiymətləndirdiyini ifadə etdi.

Asif Eyyubov



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap