“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycanda yoxsulların sayı sürətlə artır - Rəsmi statistika

Tarix 30.04.25, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əhalinin 8%-nin aylıq gəliri 270 manatdan aşağı olub.

Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, Azərbaycanda təxminən 818 min insanın aylıq gəliri yaşayış minimumundan az olub.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda yaşayış minimumu 270 manat olub. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bu səbəbdən də ötən il aylıq gəliri 270 manatdan az olan şəxslər yoxsul hesab olunub.

Onu da bildirək ki, 10 il əvvəl –  2015-ci ildə Azərbaycanda aylıq gəliri yaşayış minimumundan az olan şəxslərin sayı ümumi əhalinin 3,9%-ni təşkil edib. 2015-ci ildə Azərbaycan əhalisinin 9 milyon 705,6 min nəfər olduğunu nəzərə alsaq, o zaman ölkədə təxminən 378 min insanın aylıq gəliri yaşayış minimumundan az olub.

Açıqlanan göstəricilərdən də göründüyü kimi, 2015-ci ildə ölkədə 378 min insan yoxsul hesab olunduğu halda, 2024-cü ildə onların sayı 818 minə yüksəlib. Son 10 ildə ölkədə yoxsulların sayı təxminən 2,2 dəfə artıb.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap