“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“General Hospital“da yenidən yoxlama aparıldı: Pozuntular aşkarlandı

Tarix 29.04.25, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən daha bir özəl tibb mərkəzində aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.

Qaynarinfo-nun məlumatına görə, yoxlama Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi 1/9 ünvanında yerləşən "General Hospital" klinikasında aparılıb. 

Yoxlama zamanı sözügedən klinikada iki terapevt həkimin sertifikatsız tibbi fəaliyyətlə məşğul olduğu aşkarlanıb. Klinika rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin  qərarı ilə "General Hospital" rəhbərliyi İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinib və 6.000 manat miqdarında cərimə edilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə olunur.

Xatıradaq ki, ötən ilin oktyabr ayında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "General Hospital"da yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanmışdı.



Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap