![]() |
|














Yeni Kaledoniyanın həbsdə olan lideri kanak xalqına müraciət etdi - FOTO
Tarix 30.04.25, 18:00 |
|

Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin Prezidenti, hazırda Fransada həbsxanada saxlanılan Kristian Tein hərəkat yoldaşlarına və kanak xalqına müraciət edib.
AzFakt.com APA-ya istinadən müraciəti təqdim edir:
“Uetşo Böyük Qəbilə Başçısına,
Djubea-Kapume ərazisinin yerli rəhbərlərinə,
Əziz siyasi rəhbərlər, Siyasi Büronun üzvləri,
Əziz yoldaşlar,
Hörmətli xanımlar və cənablar,
Çoxdan yolunu gözlədiyim Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) Konvensiyasının açılışında sizləri dərin hörmətlə salamlayıram. Hazırda yazdığım bu məqamda, siyasi vəziyyəti xırdalıqla təhlil etmək vacibdir. 10 aydır olduğum yerdən müşahidələrimdən görürəm ki, nümayəndələrimiz qarşıdakı siyasi mərhələdə cəsarət, dözümlülük, qətiyyət, ciddi yanaşma və sayıqlıq nümayiş etdirmələrinin zəruri olduğunu bilməlidirlər. Onlar ölkəmizin gələcəyi ilə bağlı danışıqlarda səsimizi effektiv şəkildə çatdırsın deyə, yerli strukturlar tərəfindən seçilmiş nümayəndələrə olan güvənimiz sarsılmaz qalmalıdır.
Siyasi Büro rəhbərləri və dialoq qrupunun üzvləri ilə Fransa dövləti tərəfindən əvvəlki mərhələlərin nəticəsində hazırlanmış siyasi razılaşma layihəsinə dair mövqeyimi bölüşmüşəm.
Bu gün cəbhənin konvensiyasında bütün fəallara müraciət edirəm.
Administrativ güclə dialoqu bərpa etmə qərarı qəbul ediləndə, qarşıya qoyulan məqsədimiz aydın idi: Kanakinin tam suverenliyə və müstəqilliyə aparan yolunu müdafiə etmək.
FLNKS-in 44-cü qurultayında, Sen-Luisdə qəbul edilmiş qətnamədə hazırlıq mərhələsinin məqsədi gələcək danışıqlar üçün format, təqvim, metod və məzmunun əsaslarını müəyyənləşdirmək kimi təsvir olunur. Əldə edilmiş məlumatlar dövlət qarşısında əsas götürülməlidir, çünki fransalı nazir Vallsın təklif etdiyi razılaşma layihəsi bizim təkliflərə deyil, Fransada yeni bir statusa – yəni kolonializmin növbəti illərə uzadılmasına hesablanıb.
Müxaliflərimiz çoxsaylı ziddiyyətli bəyanatlarla və mənasız lobbiçiliklə bizi zəiflətməyə çalışırlar. Biz isə ayıq-sayıq olmalı və onların hər an bizi sarsıda biləcək qabiliyyətlərini əsla göz ardı etməməliyik!
FLNKS, müstəmləkəçilikdən əziyyət çəkən xalq və Fransa dövləti arasında ikitərəfli görüşlər hər zaman üstünlük verilən format olub. 12 dekabr 2021-ci ildə keçirilmiş qanunsuz 3-cü referendumdan sonra Fransa dövləti və qeyri-müstəqillik tərəfdarları əvvəlki qaydalara riayət etmədən birləşərək çıxış etdilər. Bu, Fransanın əvvəlki siyasi razılaşmalarda öhdəlik götürdüyü neytrallıq və qərəzsizlik mövqeyinin pozulmasına səbəb oldu. Buna görə də, BMT-nin nəzarəti altında ikitərəfli format üstün tutulmalıdır.
FLNKS konvensiyasında həmçinin dialoq qrupun və texniki komandanın gücləndirilməsini təklif edirəm. Qarşıda bizi çətin günlər gözləyir və bu çətin dövrə sinə gərmək üçün insan resurslarımızı təkmilləşdirməliyik. Siyasi mənsubiyyət əsas meyar olmamalı, bu mübarizədə əməyi keçən hər kəs ön plana çəkilməlidir.
Təqvimimiz dövlətin təqvimi ilə qarşı-qarşıya qoyulmalıdır və “4 kokos ağacı” qətnaməsində bu mərhələlər dəqiq şəkildə müəyyən olunub. Danışıqların əsnəkliyi tutduğumuz əsas yoldan bizi yayındırmamalıdır. Kanaki Razılaşması ən geci 24 sentyabr 2025-ci ilə qədər işə düşməli və 2027-ci il prezidentlik müddəti başa çatmadan müstəqilliyin dəqiq tarixini müəyyən etməlidir. Ən qısa keçid dövrü vasitəsilə, gücləndirilmiş muxtariyyəti olan Yeni Kaledoniya suveren dövlətə çevrilməlidir. Qarşılıqlı asılılıqlar isə sonrakı mərhələdə əməkdaşlıq razılaşmaları ilə müəyyən ediləcək.
Metoda gəlincə, strategiyamıza istiqamət suveren ölkəyə dair baxışımızdır, əksi müzakirə mövzusu deyil. Bu səbəbdən də bizim ictimai model layihəmizi gücləndirməyi və yeniləməyi təklif etmişəm. Açıq deyim ki, dəqiq müəyyən olunmuş dəyərlər və məqsədlər olmadan strategiya hazırlamaq mümkün deyil. Aydındır ki, yalnız ciddi iş nəticə verəcək. Bu gün keçirilən konvensiya FLNKS fəallarının suveren dövlətlə bağlı arzularına dair sağlam debatın aparılması üçün ciddi bir metod qəbul etməlidir.
Nəhayət, məzmuna gəlincə, Numea Razılaşması gələcək danışıqların əsası olaraq qalır. Kanaki Razılaşmasında əsas elementlər bunlar olmalıdır: öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, suveren səlahiyyətlərin ötürülməsi, vətəndaş seçici korpusunun gələcəkdə milli kimlik statusu alması və beynəlxalq məsuliyyətin tam şəkildə tanınması. Dekolonizasiya prosesi tam şəkildə başa çatmalıdır. Tam suverenlik Kanak xalqı üçün dayanıqlı sülhün yeganə təminatıdır.
Əziz yoldaşlarım, bu, müstəmləkəçimizlə bağlayacağımız son razılaşma olmalıdır: Kanaki Razılaşması ləyaqətimiz və suverenliyimizdir. Məhz bu ruh yüksəkliyi bizi, xalqımızı və sonra müsahiblərimizi hörmətlə bir araya gətirməldir. Bu səylər əcdadlarımızın qoyub getdiyi əməyə verilən qiymətdir, mübarizədə tökülən qanlara hörmət əlamətidir və gələcək nəsillərə mirasdır.
Sizdən xahiş edirəm ki, bütün istiqlal hərəkatı bu gün növbəti əyalət seçkiləri ərəfəsində seçki hesablamaları üçün deyil, mühüm məsələlər ətrafında birləşsin.
Kanakinin müstəqilliyi uğrunda mübarizəni sonuna qədər davam etdirmək lazımdır. Biz üzərimizə götürdüyüm öhdəliklə xalqımız qarşısında məsuliyyət daşıyırıq. Təşəkkür edirəm.
Kanaki hər zaman prioritet olmalıdır!”

Xəbərin oxunma sayı : 418
Dünya
Xəbərlər
-
Bu ödənişlər yalnız nağdsız olacaq - 1000 manata qədər cəriməsi var
-
İntiqam Babayevə yeni vəzifə verildi - Nazirlikdə şöbə müdiri təyin edilib
-
Azərbaycanda 2 vəkilə töhmət, 6-na xəbərdarlıq olundu - FOTO
-
Kamran Əliyev yenidən Baş prokuror oldu - Mili Məclis qərar verdi
-
Xəstəlik vərəqələri elektron formada veriləcək - Bu gündən
-
Toy üçün qızıl almaq istəyənləri sevindirəcək xəbər - VİDEO
-
Qeydiyyat başa çatır - Abituriyentlərin nəzərinə!
-
Apreldə KTM-ə zəhərlənmə səbəbi ilə 126 nəfər gətirildi - 4-ü öldü
-
50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran qiymətlər
-
Ərdoğan vətəndaşlarla kafedə - FOTOLAR
-
Leyla və Arzu Əliyevalar konsertdə - Fotolar
-
“Putin güzəştə getməli olacaq“ - Tramp
-
Ağcabədidə ağır yol qəzası: İki hərbçi həyatını itirdi
-
I sinfə şagird qəbulu başlayır - Bu gündən
-
“Əl-Hilal“dan Ançelotti və Vinisius üçün fantastik təklif - MƏBLƏĞ
-
İsraildə dəhşətli meşə yanğınları: Azərbaycandan kömək istənildi
-
Bəzi tibb ixtisaslarına maraq azdır - Səbəb nədir?
-
Prezidentin yük maşınını idarə etdiyi anın - Videosu
-
“Atanam, mənə zəng et“ - “TikTok“da yeni saxtakarlıq yayılıb
-
Məktəbin qarşısında piyada zolağı silinib, təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Özəl günlərinizi unudulmaz edən məkan - “Atelier 61 Events Hall“
-
Azərbaycanda körpə uşağı molla duası ilə sağaltmağa çalışdılar - VİDEO
-
Süni intellektlə bağlı qanunvericilik təkmilləşdiriləcək - VİDEO
-
Bakıda qadın həyat yoldaşını döydü - kişi xəstəxanalıq oldu
-
“Zelenski ABŞ-nin düşmənidir” - Karlson
-
Mahir Emrelidən xəbər var - İki klub transfer etmək istəyir
-
Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
-
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirildi - RƏSMİ
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
-
“Venesiya“ şadlıq sarayının mətbəxində iyrənc mənzərə - Kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Dövlət Xidmətindən AHİK-ə növbəti “transfer“ - Aparat rəhbərinin müavini təyin olundu
-
Hava limanında patronla saxlanılan şəxs: “Mənə ruzi-bərəkət gətirir...“
-
ABŞ ilə yox, Ukrayna ilə razılaşma əldə olunmalıdır - KREML
-
Yeni Kaledoniyanın həbsdə olan lideri kanak xalqına müraciət etdi - FOTO
-
Son 10 ildə Azərbaycanda kişilər 1,7 kq, qadınlar isə 1 kq kökəlib - Rəsmi məlumat
-
Prezident xüsusi təyinatlı avtomobilin sükanı arxasında - FOTO
-
“İzmir“ klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
TƏBİB-də təftiş başlayır - Tenderlərlə bağlı
-
“Prezident olacaqdı, tarix oldu...” - Ərdoğandan İmamoğluna + VİDEO
-
Yenə ağaclara qənim kəsildilər - Təbiətə 108 mindən çox ziyan vurdular
-
Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - Tam siyahı
-
Zakir Həsənov xüsusi təyinatlılarla görüşüb - FOTOLAR
-
İmtahanların vaxtı dəyişdi - DİM açıqlama yaydı
-
Agentliyə baş direktor təyin olunub - Yeni rəhbər kimdir?
-
Nəsrindən sinə dekolteli FOTOSESSİYA
-
Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi - Fotolar
-
Ceyhun Bayramov Küveyt XİN başçısı ilə görüşüb - Nələr müzakirə olunub?
-
Prezident Sumqayıt Kimya Sənaye Parkında - Fotolar
-
Bağ evlərinin qiymətləri yüksəlib - VİDEO
-
Əvəz Zeynallı Türkiyəyə gedir - Müalicə üçün
-
Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək - VİDEO
-
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək” - Peskov
-
Azərbaycanda yoxsulların sayı sürətlə artır - Rəsmi statistika
-
Bu marketdə istehlaka yararsız məhsullar aşkarlandı – Fotolar
-
İcra başçısı eyni ərazini iki şirkətə satıb - Məhkəmənin qərarına əhəmiyyət verilmir - Fotolar
-
Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
-
Bakıda məktəblərdən uşaqlar qaçırılır? - DİN-dən reaksiya
-
Əhalinin xərcləri gəlirlərindən 4 manat 31 qəpik çox olub - Rəsmi
-
Prezident Qusarda kompleksin açılışında - FOTOLAR
-
Nazirlik və icra başçılarının maşınları satışa çıxarıldı - SİYAHI
-
“Yeni Roma Papası olmaq istərdim” - Tramp
-
“Bu məlumatları naməlum şəxslərə verməyin” - DİN-dən xəbərdarlıq
-
Abituriyentlərin nəzərinə - Sabah başa çatır
-
1.2 milyonluq “onlayn lotereya” işi - Kərimova məhkəmədə qandallandı
-
Azərbaycan Macar-Türk Sammitində təmsil olunub - Fotolar
-
Kredit faizləri düşəcək? - Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib
-
Maşınınızda bu aksesuarlar varsa, çıxarın! - CƏRİMƏSİ VAR
-
Bel ağrısından şikayət edənlərin nəzərinə! Ağrını dəqiqələr içində aradan qaldıracaq üsul...
-
Kahramanmaraşda “Azərbaycan məhəlləsi“ndəki evlərin inşası yekunlaşıb - FOTO
-
“Ailə problemlərimə görə Rusiyaya köçdüm” - Əməkdar artist
-
Neft bazarında qiymətlər 60 dollara qədər düşəcək - Dünya Bankı
-
Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
-
İran Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək
-
Regionunda sülhün, sabitliyin və iqtisadi rifahın təmin olunmasına töhfəsini verəcək səfər
-
ADNA terrorundan 16 il keçir
-
Azərbaycan-İran: münasibətlərdə səmərəli əməkdaşlıq
-
“Braziliyada “Qarabağ” üçün futbolçu axtarıram” - Riçard Almeyda
-
Dərin köklərə malik münasibətlər
-
Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər - 59 mina zərərsizləşdirdik
-
Leyla və Arzu Əliyevalar rəsmi açılışda - Fotolar
-
“Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır“ - Lavrov
-
Oğlundan İlyas İsmayılovun vəsiyyəti ilə bağlı açıqlama - Sədr kim olmalıdır?
-
“Hədəfimizi 40 milyard dollar olaraq təyin etdik” - Ərdoğan
-
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası... - Qayda dəyişdi
-
Bakıda naməlum şəxs yolun hər iki tərəfini zəbt edib sürücülərdən pul alır - ŞİKAYƏT
-
Yeni dövlət qurumu yaradıldı - Nizamnamə fondu 2 milyon olacaq
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb - FOTOLAR
-
Prezidentdən Naxçıvanla bağlı - Sərəncam
-
“Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik“ - Azərbaycan XİN
-
Dələduzlar Vüqar Gülməmmədovun qaynatasının pullarını necə yeyib? - Məhkəmə işi...
-
“İtaliya Türkiyənin güclü müttəfiqidir“ - Ərdoğan
-
“Azərbaycanla münasibətlər daha da inkişaf edəcək“ - İsrailin yeni səfiri
-
“Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu“ - Vardanyanın məhkəməsi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
-
Bu səfirlikdə təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib - Sərəncam
-
“General Hospital“da yenidən yoxlama aparıldı: Pozuntular aşkarlandı
-
Aeroport yolundakı ağır qəzanın görüntüləti yayılıb - VİDEO
-
Meloni İtaliyada Ərdoğanı belə qarşıladı - VİDEO
-
Cəlbedici qazanc, sığorta, viza işləri... - Kartlar talanmaqda davam edir
-
Pezeşkianın qızı da Bakıya gəlibmiş - FOTO
-
Xaricdən 2,1 manata gətirilən donuz piyini marketdə 18 manata satırlar
-
“Tramp 100 gündə 121 min işçini işdən çıxarıb“ - “CNN“
-
Ağalı sakinlərinə əkin torpaqları verildi - ŞƏRTLƏR
-
Saat hesabı iş zamanı maaş nə qədər olacaq? - “1 saat üçün 2 manat 40 qəpik...”
-
“Batı Göz” klinikasının baş həkiminin cinayət işi - Benzin pulu, təmir, dərman adı ilə 72 minlik mənimsəmə
-
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç - Fotolar
-
“Premium Bank”ın filial müdiri məhkəmə zalında həbs edilib - 461 min manatlıq qalmaqal
-
Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü - FOTO
-
Minatəmizləmə Agentliyinin daha bir tenderində qanunsuzluq - Ləğv edildi
-
Nazir tanınmış cərrahı müşavir təyin etdi - Aprel döyüşlərinin iştirakçısıdı
-
“Azercell” bu nömrələri 36 min manata satışa çıxardı - Siyahı
-
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
-
Bu ixtisasların keçid balı 200-dən azdır - SİYAHI
-
”Terror qruplaşmalarının qarşısının alınmasında vahid mövqe vacibdir” - Əli Nağıyev
-
Azərbaycan-İran ticarətində rekord artım: 647 milyon dollarlıq dövriyyə
-
İşıq, qaz və su pulu ilə bağlı yenilik - Bundan sonra... + VİDEO
TOP 10
ARXİV