“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Messi sensasion məğlubiyyəti təhlil etdi - Səhvləri sadaladı

Tarix 23.11.22, 18:29

Font ölçüsü : - / +
bitmap-img6


Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında çıxdıqları ilk oyunda Səudiyyə Ərəbistanından aldıqları 1:2 hesablı məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı ulduzun dediklərini "Ole" belə çatdırıb:

"Bu, bütün azarkeşlər və komanda üçün ağır zərbədir. Belə başlanğıc gözləmirdik. Qələbə qazanacağımıza və yaxşı start sayəsində ruhumuza rahatlıq gətirə biləcəyimizə əmin idik. 

Təbii ki, yenilginin səbəbləri var. Belə məğlubiyyətlər səbəbsiz olmur. Rəqibin necə oynadığını yaxşı bilirdik. Sadəcə, tələsdiyimiz üçün özümüzü meydanda rahat hiss etmirdik. Hə, erkən qol vurduq və hesabı açandan sonra qeydə alınmayan qollarımız oldu. Həmin vaxt bizə elə gəldi ki, belə epizodlarımız çox olacaq. Məhz bu düşüncəmiz yanlış idi və yenilginin əsas səbəblərindən biri sayılmalıdır.

Daha sonra sürəti artırsaq da, yeknəsəq oyun sərgilədik. Məsələn, cinahları tez-tez dəyişmirdik. Səudiiyə Ərəbistanı müdafiəyə diqqət ayırdığı üçün topla tez rəftar etməyə çalışırdıq. Lakin bu işi effektli şəkildə görə bilmirdik. Bir neçə dəfə ofsayda düşmüşüksə, deməli, hesablamalarımız dəqiq olmayıb. Əlbəttə, hücumlarımızın oyundankənar vəziyyətlə başa çatdığı epizodlarda rəqibin müdafiə xəttinin düzgün oynadığını da söyləməliyik. İki qol buraxandan sonra oyunumuzda çaşqınlıq yarandı. Nəticədə, səhvlər artdı. 

Səudiyyə Ərəbistanı yığmasının topla yaxşı rəftar etdiyini, onu özündə saxlaya bildiyi barədə öncədən məlumatlıydıq. Onlar kompakt komanda olduqlarını bizi ofsayd tələsinə saldıqları anlarda da yetərincə yaxşı isbatladılar.

İndi əsl komanda kimi birləşmək heç vaxt olmadığı qədər vacibdir. Öz oyun üslubumuza qayıdaraq meksikanı yenməyə çalışmalıyıq".



Xəbərin oxunma sayı : 808




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap