Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Milli Məclisin növbədənkənar sessiyası qapalı keçiriləcək? - AÇIQLAMA

Tarix 21.05.24, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


“Milli Məclisin sessiyaları Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsi ilə, eyni zamanda Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir. Milli Məclisin iki sessiyası var: fevralın 1-dən başlanan, mayın 31-dək davam edən yaz sessiyası və sentyabrın 30-da başlanan və dekabrın 30-dək davam edən payız sessiyası”.

Bu fikirləri Musavat.com-a hüquqşünas Polad Mehdiyev bildirib.

Açıklama yok.

Hüquqşünas qeyd edib ki, növbədənkənar sessiyaların çağırılması iki qaydada aparılır: “Növbədənkənar sessiyaların çağırılmasını ya Azərbaycan Respublikasının prezidenti tələb etməlidir, ya da Milli Məclisin sədri ən azı 42 deputatın tələbi əsasında çağırılmalıdır. Tələb kim tərəfindən qoyulubsa, növbədənkənar sessiyanın gündəliyini də o müəyyən edir. Gündəlikdə olan məsələlərə baxıldıqdan sonra sessiyanın işi bitir”.

Polad Mehdiyev bildirib ki, növbədənkənar sessiya həm açıq, həm də qapalı keçirilə bilər.

“İclasın qapalı keçirilməsi üçün ya prezident təklif irəli sürməlidir, ya da ən azı 83 deputat bunu tələb etməlidir”, - deyə hüquqşünas əlavə edib.



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap