Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Millinin baş məşqçisi: “Avropa klubları futbolçuları təhdid edir“

Tarix 18.12.21, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 5-dən Kamerunda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kubokunun başlamasına sayılı günlər qalıb. 

Fanat.Az xəbər verir ki, yarışın startına az qaldığı bir ərəfədə Mərakeş yığmasının baş məşqçisi Vahid Həlilhodziç açıqlaması ilə gündəm yaradıb.  

Bosniyalı mütəxəssis Avropada çıxış edən oyunçuların klubları tərəfindən təhdid olunduğunu iddia edib:

"Bu, bir neçə ildir mövcud olan problemdir. Hər Millətlər Kuboku ərəfəsində Avropa komandaları afrikalı oyunçularını saxlamaq, yarışa buraxmamaq üçün əllərindən gələni edirlər. Bu il vəziyyət "COVİD-19" pandemiyası və yeni "Omicron" ştammının ortaya çıxması ilə daha da mürəkkəbləşib. Bəzi Avropa klubları özlərini bu riskdən uzaq tutmaq üçün futbolçularının milli komandalara qoşulmasının qarşısını almağa məcbur edirlər. Bu klublar hətta irəli gedərək oyunçuları hədələyirlər". 

Həlilhodçiç bu təhdidlərin nədən ibarət olduğunu da açıqlayıb və sərt mesaj göndərib: “Futbolçular milli komandaya gəlmək məcburiyyətindədirlər, lakin bütün klublar oyunçuların gəlməməsi üçün hər şeyi edir, bəziləri oyunçuları hədələyib yerlərini itirə biləcəklərini, transferə çıxarılacaqlarını deyiblər. Mənim mövqeyim belədir: əgər oyunçu millinin düşərgəsinə gəlmirsə, bu o deməkdir ki, onun ölkəsinə bağlılığı yetərincə deyil. Mən gəlməkdən imtina edən birini bundan sonra komandaya götürməkdən imtina edə bilərəm. Klublardan təhdid almasına rəğmən, düşərgəyə gəlməyən futbolçu milli ilə vidalaşa bilər”.



Xəbərin oxunma sayı : 511




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap