Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

Milyonlar xərclənən “BakuBus“lar depoda istifadəsiz qalıb? - VİDEO

Tarix 22.09.22, 19:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Nəqliyyat Agentliyi (BNA) Türkiyədən yeni avtobuslar gətirsə də, Bakının qəsəbə və kəndləri onların üzünü görməyib, köhnə nəqliyyat vasitələrinin ümidinə qalıb.

AzFakt.com "Azadlıq Radiosu"nun yaydığı məlumata istinadən xəbər verir ki, Bakı şəhəri, həmçinin ətraf qəsəbə və kəndlərdə daşıyıcı şirkətlər arasında ciddi pərakəndəlik, qeyri-sağlam, anormal vəziyyət var. Belə ki, borca girərək, kredit götürərək avtobus parkını yeniləyən daşıyıcı şirkətlər də, istifadə müddətini başa vurmuş avtobuslarla sərnişin daşıyan şirkətlər də adam başına eyni qiymətə - 30 qəpiyə sərnişin daşıyır.
Elə daşıyıcı şirkətlər var ki, avtobus parkını yeniləmək onlar üçün mümkün deyil. Bunun əsas əziyyətini də sərnişinlər çəkir, isti yay günlərində uzaq məsafələri istifadə müddətini başa vurmuş köhnə və kondisionersiz avtobuslarda getməli olurlar. Xəbərdə yer verilən ekspert rəyinə görə, Bakıda metro xidməti dövlət dotasiyası ilə işlədiyi kimi avtobus nəqliyyatında da bu sistem tətbiq edilməlidir.

Mətbuat orqanının əməkdaşı "BakuBus" MMC-nin deposuna baş çəkib və onlarla avtobusun orada "tozlandığının" şahidi olub.

Daha ətraflı:





Xəbərin oxunma sayı : 607

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap