Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər?

Tarix 24.01.25, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi”.

AzFakt.com xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.

İqtisadçı hesab edir ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı: “Belə ki, sosial haqqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər”.

Deputat yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğlərini açıqlayıb:

1. Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz)

2. Sumqayıt və Gəncə şəhərlərində: Tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz)

3. Digər şəhərlərdə: Tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz)

4. Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: Tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz)

5. Kkənd yerlərində: Tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz).



Xəbərin oxunma sayı : 886




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap