“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mirvari Zeynalova “otkad“ əməliyyatlarına görə cavab verəcəkmi? - VİDEO

Tarix 13.01.22, 15:46

Font ölçüsü : - / +
bitmap-img6


İki il öncə Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət nazirliyində həyata keçirdiyi əməliyyat ölkədə şok effekti yaratdı. İllərlə dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrıln yüz milyonlrla vəsaitin müəyyən qrup tərəfindən müxtəlif adlar altında mənimsənildiyi aşkara çıxdı.
 
DTX-nin keçirdiyi əməliyyat zamanı həbs edilən Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun istintaq və məhkəmə prosesi büdcə vəsaitlərinin mənimsəmə formasını açıq-aşkar ortaya çıxardı.
 
Replika.TV-nin əldə etdiyi məlumata görə Mədəniyyət Nazirliyində kök atmış dövlət vsaitlərini mənimsəyən "köhnə qvardiya"nın üzvlərindən hələ də vəzifə başında qalan şəxslər var. Bu şəxslərdən biri də Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovadır.
 
Əbülfəs Qarayevin əmri ilə 2018-ci ildə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilən Mirvari Zeynalovanın qısa müddət ərzində külli miqdarda dövlət vəsaitlərini mənimsədiyi, qohum-əqrabalarının adlarına daşınmaz əmlaklar aldığı deyilir.
 
Şəki Regional Mədəniyyət İdarəsində hər ay "ölü canlar"dan əldə edilən vəsaitlərlə yanaşı, idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin cari və əsaslı təmiri adı altında da külli miqdarda vəsaitlərin mənimsənilib.
 
Bununla yanaşı, Şəki Regional Mədəniyyət İdarəsində dövlət vəsaitlərinin mənimsəmə kombinasiyalarından biri də dövlət satınalmaları olub.
 
Xüsusən burada yanacaq vəsaitlərinin-odunun alınması istiqamətində ciddi qanun pozuntularının olduğu bildirilir. Belə ki, satınalmalarda göstərilən vəsaitlər sonradan "otkad" formasında geri alınıb.
 
Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun ötən həftə keçirilən məhkəmə prosesində şahid qismində ifadə verən "Piramida-F.R" MMC-nin rəhbəri tender müqaviləsi üzrə hesablarına köçürülən 6 milyon manatın 900 minini geri qaytardığını bildirirdi.








Xəbərin oxunma sayı : 946




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap