| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya
Tarix 03.09.26, 14:09 |
|
Dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilib
Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların dövlət satınalmaları və STEAM layihələrinə ayrılan milyonlarla manatlıq vəsait ətrafında suallar və müəmmalar getdikcə artır.
Apardığımız əvvəlki araşdırmalar, dövlət reyestri məlumatları, əsaslı şübhələr yaradan tender əməliyyatları, ortada son dayanacağı bilinməyən milyonlarla vəsaitin dövr etməsi və bu prosesdə iştirak edən şirkətlərin fəaliyyətinin təhlili göstərir ki, Elm və Təhsil Nazirliyinin yuxarı eşelonunda formalaşan şəbəkə var – bu şəbəkənin iradəsi ilə dövlətin təhsil büdcəsini dağıtmaq üçün mürəkkəb mexanizm qurulub.
Bir şirkət, iki profil – Dövlət pullarına gedən yol…
Təhsil və innovasiya adı altında fəaliyyət göstərən bəzi şirkət və layihələrin profili zamanla müəmmalı şəkildə dəyişir. Daha dəqiq desək, dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilir. Həmin şirkətlərin sosial şəbəkə hesablarında aparılan dəyişikliklər və əldə etdiyimiz məlumatlar bu transformasiyanın təsadüf olmadığını ortaya çıxarır.
Dövlət büdcəsini talayan şirkətlər – “ROBOSPACE†MMC və “İSTEAM†MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi reyestr çıxarışlarından görünür ki, “İSTEAM†MMC (VÖEN: 1504688781) 31 iyul 2019-cu ildə qeydiyyata alınıb. Təsisçisi və qanuni təmsilçisi Məmmədov Zamiq Əlövsət oğludur (Elm və Təhsil naziri Emin Əmrullayevin sinif yoldaşı).
“İSTEAM†MMC həm də 23 may 2024-cü ildə qeydiyyatdan keçmiş “Robospace†MMC-nin (VÖEN: 1506802461) nizamnamə kapitalındakı 2 təsisçidən biridir (1 pay). Digər təsisçi isə Məmmədov Namiq Əlövsət oğludur (1 pay).
Qanuni təmsilçisi isə Məmmədov Zamiq Əlövsət oğludur.
Rəsmi sənədlərdə Məmmədov qardaşlarının adları keçir, amma bu şirkətlərin faktiki idarəçiliyinin və biznes strategiyasının nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyev tərəfindən həyata keçirildiyi şübhə doğurmur.
“Robospace†təlim mərkəzidir, yoxsa tikinti şirkəti?
“Robospace†MMC fəaliyyətə başladığı dövrdə “Robospace İnnovativ Təlim Mərkəzi†kimi təqdim olunub. Şirkət 5-17 yaşlı uşaqlar və yeniyetmələr üçün STEAM, LEGO, VEX IQ, robototexnika və mühəndislik dərsləri təşkil edib. Şirkətin “@robospace.cit†sosial şəbəkə hesabında isə 8 mindən çox valideyn və məktəblidən ibarət auditoriya formalaşıb. Lakin sonrakı mərhələdə şirkətin fəaliyyət istiqaməti kəskin şəkildə dəyişib. Sosial şəbəkə hesabında yayımlanan rəsmi açıqlamadan sonra
“Robospace†təhsil və robototexnika ilə bağlı fəaliyyətini dayandıraraq, tikinti sahəsinə keçdiyini elan edib.
Sual çox sadədir: təhsil və STEAM mərkəzi kimi tanınan bir şirkət necə oldu ki, qısa müddətdə fəaliyyət profilini dəyişərək tikinti şirkətinə çevrildi?
Tikinti sahəsinə keçid elanından sonra Instagram hesabının adı @avenza.co.az olaraq dəyişdirilib, profilin təsvirinə isə “Tikinti, Memarlıq, Layihə idarəetməsi†yazılıb. Lakin əvvəlki fəaliyyətin izləri tam silinməyib. Hesabda hələ də “Robospace İnnovativ Təlim Mərkəzi, Baku, Azerbaijan†keçidi və əvvəlki telefon nömrəsi saxlanılıb.
Bununla yanaşı, yeni fəaliyyət istiqamətini təqdim etmək üçün avenza.co.az saytı yaradılıb. Saytda “Avenza†“Modern Construction Company†kimi təqdim olunur. Lakin saytın texniki məlumatlarında WordPress administrator müəllifi kimi [email protected] elektron poçt ünvanı görünür. Rail Eyyubovun isə dünənə qədər “Robospace†MMC-nin SMM meneceri olması heç kəsə sir deyil.
@robospace.cit sosial media hesabı birbaşa rebranding prosesindən keçərək @avenza.co.az adı altında fəaliyyətini tikinti və memarlıq brendi kimi davam etdirir.
Həm “Robospaceâ€in təlim mərkəzi profillərində, həm də avenza.co.az saytında eyni əlaqə nömrəsindən (+994 10 310 03 53) və ünvan məlumatlarından istifadə olunur.
Burada diqqət çəkən əsas məqam isə budur: həmin elektron poçt ünvanının sahibi Rail Eyyubov daha əvvəl “Robospace†MMC-də SMM meneceri kimi fəaliyyət göstərib. Yəni, söhbət tamamilə yeni və kənardan ortaya çıxmış bir şirkətdən deyil, “Robospaceâ€in əvvəlki fəaliyyəti ilə yeni “Avenza†brendi arasında görünən əlaqədən gedir.
Bütün bu faktlar belə bir suala cavab axtarır: “Robospaceâ€in təhsil və STEAM fəaliyyəti bitdikdən sonra onun sosial media hesabı, auditoriyası, əlaqə məlumatları və əvvəlki komanda üzvlərindən biri yeni tikinti şirkətinin təqdimatında niyə görünür?
Təhsil kursunun və minlərlə izləyicisi olan sosial media hesabının qəfildən “Avenza Modern Construction†adlı tikinti brendinə çevrilməsi bir sıra suallar və iddialar yaradır.
Nazir və dostları birləşərək təhsil mərkəzini tikinti şirkətinə çeviriblər. Niyə? Məktəb tikmək üçün. Nə üçün məktəb tikintintisi? Çünki orada daha böyük pullar var, dövlət büdcəsindən tikintiyə ayrılan vəsaitin həcmi daha böyükdür.
Etibarlılığı şübhə doğurmayan mənbələrdən əldə olunan məlumatlara görə, “Avenza†artıq şimal bölgələrində bir neçə məktəbin təmirinə başlayıb. Halbuki, şirkətin tikinti sahəsində əvvəlki təcrübəsi barədə heç bir açıq məlumat yoxdur. Təhsil kursu kimi fəaliyyət göstərən şirkət necə olub ki, dövlətin tikinti-təmir layihələrinə çıxıb?
Minlərlə valideyn və şagird təəccüb içindədir – Onlar niyə aldadılır?
Minlərlə valideyn və şagirdin izlədiyi “Robospace†hesabı indi tikinti şirkətini reklam edir. Dünən robototexnika, bu gün isə tikinti. Qəribədir, deyilmi?
STEAM avadanlıqları ilə bağlı ortaya çıxan sualların ardınca tikinti-təmir tenderlərinin də eyni çevrəyə yönəldilməsi ehtimalı ciddi araşdırılmalıdır.
Adı çəkilən şirkətin tikinti-inşaat sektorunda heç bir təcrübəsi yoxdur. Nihad Hənifəyevin təlim kursları üzərindən qazandığı “təcrübə†bu dəfə təmir-tikinti büdcələrinə çıxış əldə etmək məqsədilə inşaat sektoruna yönəldilib. O, kürəkənin mövqeyindən istifadə edərək daha da varlanmaq niyyətinə düşüb. Əlbəttə ki, bu işdə ona nazirin yaxın çevrəsinə daxil olan digər vəzifəli şəxslər – Valeh Mirzalıyev, Turtal Ayvazlı, Elnur Əliyev və s. tam dəstək göstərirlər.
Dövlət reyestri sənədləri və sosial media dəyişiklikləri ciddi və əsaslı şübhələr yaradan mənzərəni ortaya qoyur. Düşünürəm ki, əvvəlki araşdırmalarla yanaşı, aidiyyəti orqanlar bu araşırmadakı materialları da nəzərə almalıdır. Söhbət böyük bir şəbəkədən gedir, o şəbəkədən ki, dövlət büdcəsi bu şəbəkəyə daxil olan bir qrup vəzifəli şəxs tərəfindən müxtəlif şirkətlər və layihələr vasitəsilə amansızcasına talanır.
Təhsil sahəsinə aidiyyəti olmayan, nazirin yaxın çevrəsi və qohumlarından təşkil olunan şəbəkə ölkə təhsilinə ayrılan milyonlarla manatlıq vəsaitlərə çıxış əldə etmək üçün mümkün olan və olmayan bütün metodlardan istifadə edir.
Müəllif: Samir Feyruzov
Xəbərin oxunma sayı : 1891
Gündəm
Xəbərlər
-
Azərbaycanda bu şəxslərə də məcburi köçkün statusu veriləcək - Dəyişiklik
-
İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi
-
Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası - DETALLAR
-
7 noyabrla bağlı xəbərdarlıq - Təhlükəli gün YAXINLAŞIR
-
Gədəbəyin icra başçısı “Gəncə təndiri“ni ziyarət etdi, tənqid olundu - FOTOLAR
-
Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov DİN-də xidmət etmək istəyənlər üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu ölkədə kişi qıtlığı yaranıb - 3800 avro maaş təkif edirlər
-
SOCAR ABŞ şirkətindən 1,65 milyardlıq pay aldı - Əsas səhmdarı Tramp tərəfdarıdır
-
Azərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı
-
“Novruzlu AF“ öhdəlikləri yerinə yetirmədi, “qara siyahı“ya salındı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İran Ermənistana xəbərdarlıq edib - “Tramp marşrutu” ilə bağlı
-
Sərnişinlərə ŞAD XƏBƏR: Metroda daha bir YENİLİK
-
ABŞ yardımı artsa, Putin geri çəkilə bilər - Zelenski
-
Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
-
Son 10 ildə pensiyaların məbləği necə dəyişib? - STATİSTİKA
-
Bu şirkət dövlət qurumlarının 8 888,88 və 7 777,77 manatlıq tenderlərində qalib olub - TƏFƏRRÜAT
-
Paşinyan qəti qərara gəlib - Rusiyanın reaksiyası necə olacaq?
-
Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək?
-
Azad edilmiş ərazilərdə hər ailəyə neçə hektar torpaq ayrılacaq? - Nazir açıqladı
-
Ərdoğan Zəfər Günü Bakıya gələcək - AÇIQLAMA
-
Məhkəmə MİDA-nın yazdığı cərimə borcunu azaltdı - DETALLAR
-
Paşinyan noyabrda Türkiyəyə səfər edəcək - Özü açıqladı
-
ABŞ-da mühüm kadr dəyişikliyi: Rubionu Serjio Qor əvəzləyə bilər
-
İkinci əl avtomobil satanların nəzərinə - Qaydalar dəyişir
-
Dronla narkotik qaçaqmalçılığı - DTX Biləsuvarda iki nəfəri saxladı
-
Azərbaycanda çayxanada siyasətlə bağlı müzakirə qanla bitdi - TƏFƏRRÜAT
-
İnternet istifadəçilərinin sayına görə ölkələrin reytinqi açıqlanıb - Siyahı
-
Bu halda gəncləri əsgər aparmaya bilərlər - RƏSMİ
-
Ağ Evdə İranla neynəyəcəklərini bilmirlər - Ara seçkilər aranı qarışdırdı
-
Pensiya və sosial müavinətlər artırılır - Yeni məbləğlər
-
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
-
Kaşif Kozinoğlunun ölüm səbəbi açıqlandı - Zəhərlənməyib
-
ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident
-
SSRİ-nin dağılmasından 35 il sonra Özbəkistanda ilk - Pambıq yığımında rekord nəticə!
-
İmrəliyevə general-mayor rütbəsi verildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Azərbaycan nefti ucuzlaşır - 3 gündə 20 dollar
-
Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
-
Yevlaxda yeni inşa olunan körpü nə vaxt istifadəyə veriləcək? - VİDEO
-
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
-
Nazir tədbirə getmədi, hoteldə ölü tapıldı - Almaniyada müəmmalı hadisə
-
Çempionlar Liqasında tarixi darmadağın: “Komo“dan 9 qol
-
Atasına və Özgür Özələ qarşı ifadə verdi, həbsdən çıxdı - Türkiyədə “350 min dollar“ əməliyyatı!
-
Xətai rayonunda məktəbin ətrafını kafelər və avtomobillər zəbt etdi - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Arda Güler sayəsində pulsuz transfer: Türkiyə nəhəngi kimi gətirir?
-
Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır - Xəbərdarlıq
-
Melaniya Trampla görüşdə Rusiyanı kimlər təmsil edəcək? - Açıqlama
-
Rusiya TDT-yə üzv ola bilər? - Türkiyə şərti açıqladı
-
Azərbaycanlı həkim Qırğızıstanda nazir müşaviri təyin edildi - FOTO
-
Evli qadını şantaj edib pulunu aldı: Direktor müavininin gizli EŞQ DRAMI
-
Bakının 7 rayonu milyonlarla manat borca düşdü - SİYAHI
-
Şagirdlərin “mygov”da fərdi hesablarının yaradılması: səbəb nədir?
-
Prezidentin sosial media hesablarında sərgi ilə bağlı - Paylaşım
-
Qonşu ölkələr qiymət artımına qarşı necə “mübarizə” aparır? - Siyahı
-
Azərbaycanda ata evə gec gələn qızını bıçaqladı - TƏFƏRRÜAT
-
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - FOTO
-
Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq
-
“Boşanmağımızın səbəbi Fəridin xəyanəti oldu“ - Nagehan
-
“Putin, Tramp, Si görüşünün gündəliyi razılaşdırılır” - Peskov
-
Sığorta şirkətləri qiymətli kağızlara nə qədər pul yatırıb? - RENKİNQ
-
Xameneyidən Vaşinqtona sərt xəbərdarlıq: “Cavabımız dəhşətli olacaq...“
-
Türkiyədə 34 rus rəqqasə saxlanılıb - deportasiya ediləcəklər
-
Mehinin anasından geyim qadağası - “İş yoldaşlarım sənə baxır”
-
Bakıda 30 milyon manata obyekt satışa çıxarıldı: Gəliri ŞOK ETDİ! - FOTOLAR
-
Son 15 ildə AÇG yatağında neft hasilatı 101 milyon barel azalıb - Siyahı
-
“Evdə oturmuşduq, birdən anam qışqırdı...” - Ləman həmin gündən danışdı...
-
Fəvvarələr İdarəsi öz rəisi ilə 20 minlik müqavilə bağladı - Qəhrəman Məmmədov özü-özünə sifariş verdi
-
Gələn il şəhər və rayonların gəlirləri nə qədər artacaq? - Tam siyahı
-
Azərbaycanlılar qonşularından 10 gün az işləyir - SƏBƏB
-
“Salyanski kazarma”da mənimsəmə: kimlər istintaqa çəkilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İrana qarşı nüvə silahından istifadəyə ehtiyac yoxdur” - Tramp
-
“Esthederm“ klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
-
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - FOTOLAR
-
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
-
“Son illər proqnozla real nəticələr arasında fərq özünü göstərir” - Millət vəkili
-
Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü - Video
-
Əfqanıstan vətəndaşları saxlanıldı - SƏBƏB
-
Bakıda hava kəskin dəyişəcək – Xəbərdarlıq
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Torpaq və ev alqı-satqısı adı ilə 254 min manatlıq dələduzluq - İş prokurorluğa qaytarıldı
-
Şirkətlərin iri obyektləri qeydiyyata alınmır, vergi ödənmir - İRAD
-
Paşinyan İrəvanın AB üzvlüyü hədəflərindən danışdı - “Prosesə başlamışıq...“
-
Bakıda maklerdən külli miqdarda dələduzluq - TƏFƏRRÜAT
-
“Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük“ - Nazir
-
Aİ Ukraynanın üzvlük prosesini ləngidə bilər: Cəmi 7 istiqamət müəyyənləşdirilib
-
Sertifikatı ləğv olunub, fəaliyyəti davam edir: Seymur Məmmədovu kim qoruyur?
-
Bu qurumlar ilk dəfə dövlətə divident ödəyəcək - “Azercell”, AZAL...
-
Azərbaycanda dəfn və doğum müavinətləri artırılır - Yeni məbləğlər
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Ədliyyə Nazirliyindən xəbərdarlıq - Saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını RƏDD ETDİ
-
Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
-
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
-
Nigar Seyidzadə Səfərbərlik Xidmətinə gül satır - 46 min manatlıq
-
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb - CƏDVƏL
-
Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi: Üç müavin gedir, biri qalır…
-
Paytaxtda gecə klubu insanları təngə gətirdi - VİDEO
-
Texasda Demokratlar qalib gəldi - 32 il sonra
-
Qalmaqallı “Şəki Yaylası” qapadıldı - VİDEO
-
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
-
Xətai rayonunda yaşıllıq məhv edilir? - VİDEO
-
Bu yol sabahdan bağlanır - Sürücülərin nəzərinə!
-
Kombi və qızdırıcılara görə sərt qaydalar gəlir - VİDEO
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb - Paşinyan
-
Maşın almaq istəyənlərin pulunu mənimsədi - Avtosalon əməkdaşına ağır cəza
-
Amnistiya ilə azadlığa çıxmışdı - ətçəkən oğurlayıb yenidən həbsə düşdü
-
“Qızılqaya” restoranı ətrafında qalmaqal böyüyür - VİDEO
-
Həm avtomobillərindən, həm də pullarından oldular - VİDEO
-
ABŞ İsrailə yardımı dayandırır - Trampdan şok qərar
-
Bu şəxslərə hava limanlarının VİP salonlarından istifadə hüququ verildi - Siyahı
-
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
-
Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz - Paşinyan
-
Bu marşrutların hərəkət istiqaməti dəyişir - Xəbərdarlıq
-
Tiktokda qadına gül atan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
-
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs“ elan etdi - SİYAHI
-
Ötən ay metrodan pulsuz istifadə edənlərin sayı - Açıqlandı
TOP 10
ARXİV













