“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Moskvaya gedən azərbaycanlıların nəzərinə - Hər addımınız izlənəcək!

Tarix 19.08.26, 16:01

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı il sentyabrın 1-dən etibarən Rusiyanın Moskva şəhərinə və Moskva vilayətinə vizasız gələn əcnəbi vətəndaşlardan "Amina” mobil tətbiqini quraşdırmaq tələb olunacaq.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Amina” tətbiqi miqrantların Rusiyaya girişinin və ölkə daxilində hərəkətlərinin rəqəmsal nəzarətdə saxlanılması məqsədilə yaradılıb. Əcnəbilər tətbiq vasitəsilə yaşadıqları ünvan və həmin ünvanda dəyişiklik barədə daxili işlər orqanlarına məlumat verməlidirlər.

Tətbiqin quraşdırılması 2025-ci ilin sentyabrından Moskvaya və Moskva vilayətinə iş məqsədilə gələn əcnəbilər üçün məcburi edilib.

"Miqrasiya Mərkəzi”nin baş direktoru Anton İqnatov daha əvvəl bildirmişdi ki, 2026-cı ilin sentyabrından iş məqsədi daşımayan səbəblərlə Rusiyaya gələn və ölkədə 90 gündən artıq qalacaq əcnəbilər üçün də "Amina” tətbiqinin quraşdırılması tələb olunacaq.

Rusiya DİN-in məlumatına görə, yeni qayda əsasən Moskva və Moskva vilayətində təhsil alan tələbələrə, eləcə də əmək miqrantlarının ailə üzvlərinə şamil ediləcək.

Siyahıda Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları da yer alır.

Bu isə Rusiyaya gedən və 90 gündən artıq qalmağı planlaşdıran azərbaycanlı tələbə və miqrant ailə üzvlərinin də "Amina” sistemindən istifadə etməli olacağı anlamına gəlir.

Tələbə, ailə üzvü və digər kateqoriyalara aid şəxslərin tətbiq vasitəsilə yaşayış ünvanları və geolokasiya məlumatlarının təqdim edilməsi nəzərdə tutulur.

Tələb Belarus vətəndaşlarına, yetkinlik yaşına çatmayanlara, diplomatlara və onların ailə üzvlərinə, həmçinin beynəlxalq təşkilatların əməkdaşlarına şamil edilməyəcək.

Rusiya DİN-in məlumatına görə, 2025-ci ilin dekabrında Moskvada 139 mindən çox miqrant "Amina” tətbiqi vasitəsilə ötürülməli olan geolokasiya məlumatlarının olmaması səbəbindən miqrasiya qeydiyyatından çıxarılıb.
 
Ajans.az



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap